Ana səhifə Gündəm |
Son beş il ərzində Rusiyanın Avropa ölkələrinə silah ixracı 264% artıb.
Axar.az xəbər verir ki, bu informasiyanı Stokholm Sülh Problemlərinin Araşdırılması Beynəlxalq İnstitutu yayıb.
Təşkilat Rusiyanın hazırda silah satışına görə dünyada ikinci yerə çıxdığını bildirib:
"Rusiyanın Avropaya silah satışı əsasən Azərbaycanın hesabına artıb. 2011-2015-ci illər ərzində Rusiyanın ümumi ixracının 4,9%-ni Azərbaycana satılan silahlar təşkil edib. Son beş il ərzində həmçinin Rusiyanın silah ixracı 28% artıb. Rusiya son beş il ərzində 50 ölkəyə silah ixrac edib. Rus silahının ən böyük alıcısı isə Hindistandır. Məhz bu illər ərzində Rusiya silah ixracının 39%-i Hindistana olub. Ondan sonrakı yerləri 11%-lik göstərici ilə Çin və Vyetnam tutur. Regional səviyyədə isə Asiya və Okeaniya ölkələri Rusiya silahlarının əsas alıcıları olublar. Ondan sonrakı yerlərdə Afrika (11%), Yaxın Şərq (8,2%) və Avropa (6,4%) qərarlaşıb. Hazırda dünyadakı silah ixracının 25%-i Rusiyanın payına düşür".
Qeyd edək ki, dünyada silah ixracına görə birinci yer ABŞ-a məxsusdur. Onun silah bazarında payı 33%-dir. Çin isə 5,9% göstərici ilə üçüncü yerdə qərarlaşıb. Ondan sonrakı yerləri Fransa (5,6%) və Almaniya (4,7%) tuturlar. Üstəlik, hər iki ölkənin dünya bazarında payı 1,5% və 6,3% azalıb.
2006-2010-cu illərdə Rusiya ümumi silah ixracının 0,7%-ni Azərbaycana edib.
Tarix
2016.02.22 / 11:05
|
Müəllif
İlkin Həsənov
|