Yuxarı

Mətbuatın 150 illiyi: “Azərsun Holdinq”dən təqvim dəsti - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mətbuatın 150 illiyi: “Azərsun Holdinq”dən təqvim dəsti - Foto

Artıq neçə ildir ki, təqvim layihəsini müxtəlif mövzularda dərc edən şirkətlər qrupu 2025-ci ildə milli mətbuatın 150 illiyini qeyd etmək məqsədi ilə builki layihəni mətbuat tarixinə həsr edib.

“Hər söz bir iz, hər sətir bir irs!” başlığı altında çap olunan təqvim dəstinin hər ayı mətbuatımızın tarixində xüsusi yeri olan mətbu orqanlarından və onların redaktorlarından bəhs edir.

“Əkinçi” ilə başlayan, “Molla Nəsrəddin”, “Şərqi Rus”, “Füyuzat”, “Kaspi”, “Dəbistan”, “Lək-lək”, “Hümmət” və “Açıq söz” ilə davam edən təqvim “Həyat” qəzeti ilə sonlanır.

“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdulbari Gözəlin təşəbbüsü ilə ərsəyə gələn layihə şirkətlər qrupunun mətbuata olan diqqət və həssaslığının göstəricisidir.

Belə ki, təqvimin ön sözündə fikirləri qeyd olunan şirkət rəhbəri cəmiyyətin güclü, müstəqil bir xalqa çevrilməsində mətbuatın böyük rolu olduğunu vurğulayıb.

Təqvim üçün həmçinin Mətbuat Şurasının sədri Rəşad Məcidin də rəyi alınıb.

Sədr təqvim layihəsini yüksək qiymətləndirərək, il boyu vərəqlənəcəyini və bu vəsilə ilə də hər ay mətbuatımızın inkişafında xüsusi yeri və rolu olan görkəmli şəxsiyyətlərin daim xatırlanacağını qeyd edib.

Qeyd edək ki, “Azərsun Holdinq”in sosial layihələrindən olan təqvim layihəsi bundan əvvəl də 44 günlük müharibədəki qələbimizə, ümummilli lider Heydər Əliyevin 100 illiyinə, Azərbaycan rəngkarlıq tarixinə, Azərbaycan ədəbiyyatına həsr olunub.

Tarix
2025.01.15 / 15:39
Müəllif
Axar.az
Digər xəbərlər

Meksikanın İrandakı səfiri: İşimizi Bakıda davam etdirəcəyik

Hakan Fidan Ceyhun Bayramovla nələri müzakirə edib?

Bu ölkənin diplomatları və ailə üzvləri İrandan təxliyə olundu

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

Pezeşkiandan yeni liderin seçilməsinə reaksiya

İlham Əliyev Xameneini təbrik etdi

İrandan Türkiyəyə atılan raketlə bağlı Bakıdan reaksiya

Bu dəhliz Bakı və İrəvanı birləşdirəcək - Leyen

Pezeşkian Azərbaycana vəd verdi, bu, önəmlidir

Əliyevin ABŞ-da yaşayan sərt tənqidçisi Əliyevdən yazdı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla