Yuxarı

XİN-dən Xocalıya dair rəsmi sənədlər - Jurnal

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN-dən Xocalıya dair rəsmi sənədlər - Jurnal

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyinin "Diplomatiya Aləmi" jurnalının "Xocalı soyqırımı: 26 fevral 1992-ci ildə Xocalıda törədilmiş cinayətin pislənilməsinə dair rəsmi sənədlər" adı xüsusi buraxılışı çapdan çıxıb.

Axar.az xəbər verir ki, xüsusi buraxılışın "Xocalıda cinayət: cinayəti törədənlər və beynəlxalq hüquqi məsuliyyət" adlanan giriş hissədə Xocalı soyqırımının törədilməsinə görə Ermənistan Respublikası və onun siyasi-hərbi rəhbərliyində olan şəxslərin beynəlxalq hüquqi məsuliyyəti təhlil və izah edilib.

Ermənistanın beynəlxalq humanitar hüququ və insan hüquqlarına aid fundamental sənədləri kobud şəkildə pozaraq, Xocalıda soyqırım, insanlıq əleyhinə cinayət və hərbi cinayətlər törətməsi dair əsaslandırılmış beynəlxalq hüquqi dəlillər təqdim olunub.

Buraxılışın ümumi hissəsində isə aparılmış fəaliyyət nəticəsində Xocalı soyqırımını tanıyan və pisləyən 11 ölkənin (Bosniya və Herseqovina, Çex Respublikası, İordaniya, Pakistan, Kolumbiya, Qvatemala, Honduras, Panama, Peru, Sudan və Meksika), İslam Əməkdaşlıq Təşkilatının və eləcə də ABŞ-ın 18 ştatının qəbul etdiyi rəsmi sənədlər təqdim edilib.

Xüsusi buraxılışın Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları vasitəsilə beynəlxalq təşkilatlara, digər dövlətlərin rəsmi və ictimai dairələrində geniş şəkildə yayılması nəzərdə tutulub.

Tarix
2016.02.24 / 15:22
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla