Yuxarı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar İranın Azərbaycan Respublikasındakı səfiri Abbas Musəviyə qarşı öz ölkəsinin media qurumları tərəfindən hücumlar artıb.

Axar.az xəbər verir ki, səfir barəsində sosial media və xəbər saytlarında tənqidi yazılar dərc olunur.

Bu qəbildən olan növbəti hücum İranın analitik xəbər portalı “Bülten nyus” tərəfindən olub. Sayt Abbas Musəvinin səfirlik binasında hicabsız azərbaycanlı xanım jurnalistə müsahibə verməsini tənqid edib.

“İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvinin uyğun olmayan geyimdə olan qadın aparıcının yanında çəkilmiş fotoşəkli kiberməkanda böyük müzakirələrə səbəb olub. Aparıcının belə isti qarşılanması və İmam Xomeyni, inqilabın ali lideri və Qasım Süleymaninin şəklinin altında oturdulması və diplomat kimi Azərbaycan bayrağının onun yanına qoyulması bir çox sərt və tənqidi fikirlərə səbəb olub”, - sayt yazıb.

Səfirin bu hərəkətinin inqilab və onun dəyərlərinə, Musəvinin şərəf və ləyaqətinə zidd olduğu bildirilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanda axtarışda olan və İrana sığınaraq SEPAH-ın himayəsi altında fəaliyyət göstərən “Hüseyniyyun” qruplaşmasına bağlı sosial media kanalları da səfirə qarşı ittihamlar irəli sürüblər.

Tarix
2024.03.28 / 11:54
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

İran Türkiyənin təklifini rədd etdi, nəticədə şoka düşdü - Batur

Arakçı Xovayevi qəbul etdi, Cənubi Qafqazdan danışdı

Qurulevdən Musabəyova cavab: Səs yazısını dinlə, axmaq...

İki vəkilə xəbərdarlıq edildi, birinin isə...

Kremlin Zəngəzurla bağlı şərtləri - Paşinyan cavab verəcək!

İlham Əliyevlə Trampın dialoqunun tam versiyası - Video

Qarabağ Fondunun Müşahidə Şurasındakı dəyişiklik...

Nazirlik binasının şüşələrini 248 min manata təmizlətdirəcək

Asim Munirə Azərbaycanın hərbi medalı təqdim edildi

Paşinyan inqilabi dönüş yaratdı - Şmuleviç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla