Yuxarı

Türkiyənin növbəti prezidenti İmamoğlu ola bilər? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin növbəti prezidenti İmamoğlu ola bilər? - Video

Seçki nəticələrinə görə, CHP bələdiyyələr uğrunda mübarizənin qalibidir, xüsusilə İstanbul və Ankaranı yenidən əllərində saxlamaq ötən il prezident və parlament seçkilərindəki məğlubiyyətdən sonra ana müxalifət üçün “ümidli gələcək” gözləntisi yaradır. Bu, həm də Əkrəm İmamoğlunun postərdoğan dövründə Türkiyənin lideri ola biləcəyi perspektivinin davam etməsi deməkdir.

Bələdiyyə seçkilərindəki qələbədə CHP-dəki lider dəyişikliyinin də önəmli payı var. Kılıçdaroğlu qalsaydı, narazı CHP-çilərin boykotu nəticələrə ciddi təsir edə bilərdi. Bu seçkilər CHP sədri Özgür Özəlin də mövqelərini gücləndirəcək. Hərçənd, bu seçkinin nəticələrinin Türkiyənin gələcək siyasətinə yön verəcəyi – 2028-ci ildən sonra postərdoğan dövrünü müəyyən edəcəyi fikri sual altındadır.

Birincisi, CHP-nin elektoratı təkbaşına hakimiyyətə gəlməyə imkan vermir, müttəfiqlik edəcəyi qüvvələr isə AKP-MHP ittifaqından fərqli olaraq, Türkiyəni koalisiya hökumətlərinin olduğu siyasi xaos dövrünə qaytara bilər. Ki, bunu Türkiyə dövləti və elektoratı istəmir;

İkincisi, dünya müharibələr, qlobal toqquşmalar mərhələsinə keçib və bunun uzunmüddətli olacağı aydındır: belə bir dövrdə Türkiyədə mövcud siyasi xəttin davam etməsi AKP proqramından daha çox, dövlət strategiyası olaraq görünür və bu strategiya CHP-nin siyasi xətti ilə uzlaşmır;

Üçüncüsü, böyük şəhərlərdə AKP müəyyən faizlə geridə qalsa da, Türkiyə üzrə üstün elektorata malikdir və dünyada millətçiliyin yüksəlməsi fonunda bu elektoratın dəyişəcəyi gözləntisi azdır.

Lakin bu seçkilər AKP üçün 2028-ci il üçün xəbərdarlıq xarakteri daşıyır və bunu nəzərə alacaqları bəllidir. Ümumilikdə isə Türkiyədə AKP-nin (hazırki siyasi xəttin) mərkəzi idarəçiliyi, CHP-nin isə yerli idarəçiliyi həyata keçirməsi kimi tendensiyanın başlandığı da müşahidə edilir.

Tarix
2024.04.01 / 09:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Almaniya İrana bağlı şəbəkəyə niyə “qucaq açır?”

Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - Video

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla