Yuxarı

Generalın qətlindən 5 il keçir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Generalın qətlindən 5 il keçir

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının eks-komandanı general-leytenant Rail Rzayevin qətlindən 5 il keçir.

"Axar.az" öldürülmüş generalımızın tərcümeyi-halını təqdim edir.

Rail Rzayev 1945-ci il martın 10-da Salyan şəhərində dünyaya gəlib. 1962-ci ildə Sumqayıt şəhərindəki 6 nömrəli orta məktəbi bitirdikdən sonra SSRİ Hava Hücumundan Müdafiə Qoşunlarının Orcenikidze radiotexnika məktəbinə qəbul olub. Rail Rzayev 1966-cı ildə həmin məktəbi də bitirərək, Hava Hücumundan Müdafiə Qoşunlarının Bakı Hərbi Dairəsinə göndərilib. O, burada baş texnik, daha sonralar isə hərbi hissədə batareya komandirinin müavini və divizyon komandirinin silahlanma üzrə müavini vəzifələrində çalışıb.

1975-ci ildə isə mərhum general-leytenant SSRİ-nin Marşal Georgi Jukov adına Hava Hücumundan Müdafiə Hərbi Akademiyasına daxil olub. Akademiyanı bitirdikdən sonra "N" saylı hərbi hissədə divizyon komandiri vəzifəsində xidmət göstərməyə başlayıb. O, 1980-1992-ci illərdə müxtəlif hərbi hissələrdə komandir müavini, hərbi hissə komandiri vəzifələrini tutub. Daha sonra isə keçmiş Sovet Silahlı Qüvvələrində ştatların ixtisarına görə ordu sıralarından ehtiyata buraxılıb.

Müstəqil Azərbaycanda fəaliyyəti

1992-ci ildən etibarən Rail Rzayev Azərbaycan Respublikasının Silahlı Qüvvələrində fəaliyyət göstərməyə başlayıb. O, Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı – idarə rəisi vəzifəsinə təyin olunub. Daha sonra R.Rzayev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 1993-cü ildə Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsinə təyin edilmiş və ömrünün sonunadək bu vəzifədə çalışıb.

Rail Rzayev 1994-cü ildə general-mayor, 2002-ci ildə isə general-leytenant hərbi rütbələri ilə təltif edilmişdi.

O bir sıra orden və medallara layiq görülüb, o cümlədən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Rail Rzayev 2009-cu il fevralın 11-də hələ də şəxsiyyəti müəyyən edilməmiş naməlum qatil tərəfindən baş nahiyyəsindən güllə ilə vurularaq öldürülüb. Qətlin üstü açılmayıb.

Tarix
2014.02.11 / 12:24
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

Prezident İrəvanda keçiriləcək konfransda iştirak edəcək? - Nazir

Ermənistana 20 milyon ayrılır, bizə isə... - Bayramov

Bu halda Ermənistana səfər edə bilərəm

Delimitasiya iclasları Ermənistanda ola bilər - Nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla