Yuxarı

Orban Kiyevə Trampın təklifi ilə gedib? - Atəşkəs planı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Orban Kiyevə Trampın təklifi ilə gedib? - Atəşkəs planı

Əslində Macarıstanın Baş naziri Viktor Orbanın Zelenskiyə etdiyi atəşkəs təklifinin müəllifi özü deyil. Bu təklifin müəllifi ilk növbədə ABŞ-da hakimiyyətə gəlmə ehtimalı yüksək olan Respublikaçılar Partiyası, yəni Tramp, sonra isə Vatikandır. Əlbəttə, buraya Avropadakı bir sıra siyasi dairələr, xüsusilə mühafizəkar qüvvələr də daxildir.

Bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.

Ekspert atəşkəs təklifinin məzmunundan bəhs edib:

“İndi ABŞ-ın başı seçkilərlə əlaqədar özünə qarışıb və Ukraynaya verilən dəstək zəifləyə bilər. Təəssüf ki, cəbhədəki mövcud vəziyyət hazırda Kiyevin xeyrinə deyil. Yəni quru əməliyyatları baxımından Ukraynanın irəliləməsi və torpaqlarını işğaldan azad etməsi müşahidə olunmur. Fikrimcə, verilən təklif müvəqqəti atəşkəslə bağlıdır. Ukrayna isə bundan istifadə edərək güclənməli, iqtisadiyyatını və hərbi sənayesini hazır vəziyyətə gətirməlidir. Bu da uzun illər deməkdir. Müqayisə üçün deyə bilərəm ki, ölkəmizə bütün bunları yerinə yetirib ərazilərimizi işğaldan azad etmək üçün 30 il lazım oldu. Eyni yol ilə getməyi Ukraynaya da təklif edirlər”.

Rizvan Hüseynov vəziyyətin çətinləşməsinin Ukraynadakı siyasi dairələrin atəşkəs təklifinə diqqətini artıracağını bildirib:

“Sözügedən seçim Zelenski üçün çox çətindir və onun siyasi karyerasının sonu ola bilər. Ona görə də onun təklifdən imtina etməsi başadüşüləndir. Lakin bu, tamamilə imtina kimi anlaşılmamalıdır. Çünki bütün hallarda təklif Ukraynada dövlət idarəçiliyində təmsil olunan siyasi elitanın da nəzərinə çatdırıldı. Biz indi İngiltərənin də əvvəlki kimi səsinin çıxmadığını görürük. Nəticə etibarilə cəbhədə şiddətin artması və sadaladığımız səbəblər atəşkəs təklifinin tamamilə gündəmdən düşməyəcəyini, Zelenskinin qəbul etməməsi halında belə ətrafı tərəfindən müzakirə ediləcəyini deməyə əsas verir”.

Qeyd edək ki, Kiyevə səfər edən Macarıstan Baş naziri Viktor Orban Ukraynaya atəşkəsə razılaşmağı və masada danışıqlara başlamağı təklif etmişdi. Kiyev isə bu təklifdən imtina etdiyini açıqlayıb.

Tarix
2024.07.05 / 09:22
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Bakı 3 ölkə ilə ittifaq qurmuşdu: Biz bacardıq, digərləri...

Bakı və İrəvan arasında tarixi razılaşma - Papoyan açıqladı

Azərbaycanın qeyri-neft-qaz ixracı bu qədər artdı

İrandan İrəvana uçuşlar ləğv edildi

Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı

Vensin Bakıya səfər proqramına nələr daxildir?

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Məhkəmədən Əli Kərimli ilə bağlı qərar

Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi

Ceyhun Bayramov Çinə yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla