Yuxarı

ABŞ-ın erməni ordusuna yerləşdirdiyi şəxs türkdür? - Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın erməni ordusuna yerləşdirdiyi şəxs türkdür? - Şok

ABŞ ordusunun Ermənistan Müdafiə Nazirliyində işə başlayacaq rəsmi nümayəndəsi milliyyətcə türk olsa, İrəvanın hansı addımı atacağı maraqlıdır.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Hraparak”ın məqaləsində qeyd olunur.

Nəşr yazır ki, belə olan halda İrəvanın Vaşinqtonun göndərdiyi mütəxəssisdən imtina edib-etməyəcəyi sual altındadır.

İddialara görə, bu, ABŞ-ın Ermənistan dövlət orqanlarında kadr yerləşdirmək üçün ilk cəhdi deyil. Uzun illər Ermənistanın Fövqəladə Hallar Nazirliyində (FHN) işləmiş adı açıqlanmayan şəxs Vaşinqtonun 2003-cü ildə nazirliyə adam yerləşdirməyə çalışdığını deyib. Həmin il Ermənistan FHN ilə ABŞ-ın Kanzas ştatının Milli Qvardiyası arasında fəal əməkdaşlıq yaradılıb. Dövlət sistemində xarici vətəndaşların işə götürülməsi istiqamətində təlimlər, seminarlar keçirilib.

Məlumata əsasən, Ermənistanda hakimiyyət dəyişikliyindən bir il sonra – 2019-cu ildə psixoloji xidmət göstərən Amerika özəl şirkəti FHN-in xilasetmə xidmətinin psixoloqlarına təlim keçməyi təklif edib. Şirkət bunun qarşılığında amerikalı ekspertlərin nazirliyə gəlib erməni psixoloqların fəaliyyətini izləməsi, daxil olan zənglər, mesajlar barədə onlara məlumat ötürülməsi şərtini irəli sürüb. İrəvan hakimiyyəti proses barədə ətraflı məlumat verə biləcəyini, lakin nazirliyə kənar şəxslərin yerləşdirilməsinə ehtiyac olmadığını deyib. Şirkət isə bununla razılaşmayıb və nümayəndə göndərməkdə israr edib.

Əslində, İrəvanın bu qərarı rədd etməsi Daxili İşlər Nazirliyinin bəzi əməkdaşlarına görə olub. Onlar məsələnin mahiyyətini başa düşüb, amerikalıların təklifini qəbul etməyiblər. Maraqlıdır ki, həmin ABŞ şirkətinin qurucusu və rəhbəri erməni qadın olub.

Nəşr yazır ki, Ermənistan FHN və DİN-də bir çox gizli məlumatlar var. Bu səbəbdən amerikalıların nazirliklərə daxil olması arzu edilmirdi. Lakin ABŞ ordusunun rəsmisinin birbaşa Ermənistan Müdafiə Nazirliyinə gəlməsi bütün vəziyyəti tamamilə dəyişəcək.

Tarix
2024.07.23 / 13:57
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla