Yuxarı

Azərbaycan-Ermənistan: sülh sazişi imzalanır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan-Ermənistan: sülh sazişi imzalanır?

Kommunikasiyaların açılmasını sonrakı illərdə də müzakirə etmək olar. Vaxt aparan mövzudur. Əvvəlcədən də sülh sazişində Zəngəzur dəhlizi məsələsi yox idi. Zəngəzur dəhlizi regionun inkişafı ilə bağlı məsələdir, bu, Orta Dəhlizin tərkib hissə kimi Azərbaycanla yanaşı, Ermənistanın da xeyrinədir. Onsuz da biz Bakı-Tiflis-Qars dəmir yolundan istifadə edirik. Sadəcə, qısa olduğuna görə Zəngəzur dəhlizi məsələsi üzərində dayanmışıq.

Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu Ermənistan və Azərbaycan arasında imzalanması nəzərdə tutulan sülh sazişindən kommunikasiyalarla bağlı bəndin çıxarılması haqda razılaşmanı şərh edərkən deyib.

Onun sözlərinə görə, bu addım həm də sülh sazişinin imzalanmasını sürətləndirmək məqsədi daşıyır:

“Sərhədlərlə bağlı məsələ də sülh sazişinin mətnində yoxdur. Bizim də mövqeyimiz belədir ki, bu da zaman apara bilər. Əsas tələbimiz Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddasının əks olunmasıdır. Sülhə əsas əngəl də budur. Ermənistan sülh sazişinin bağlanması üçün Konstitusiyasından ərazi iddiaları ilə bağlı maddələri çıxarmalıdır”.

Politoloq vurğulayıb ki, prosesin sürətlənməsi üçün qarşılıqlı addımlar atılır və bu il ən azı çərçivə sazişinin imzalanması mümkündür.

Tarix
2024.08.10 / 07:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Prezident Avstriya səfirini qəbul etdi

Bu Zəfər milli iradənin təntənəsi idi

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla