Yuxarı

Rus TV-si yenidən Azərbaycana qarşı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus TV-si yenidən Azərbaycana qarşı - Video

Rusiyanın "Birinci kanalı" yenidən Azərbaycana qarşı qara piara başlayıb.

Axar.az xəbər verir ki, rus televiziyası Azərbaycana qarşı tutduğu sərt mövqeyini bu dəfə "Politika" verlişində nümayiş etdirib. Azərbaycanı Türkiyə ilə əməkdaşlıqda və Qarabağda əməliyyatlara başlamaqda günahlandıran jurnalist və ekspertlər müxtəlif yollarla İrəvanın mövqeyini müdafiə etməyə çalışıblar. Hətta ekspertlərdən bəziləri guya Dağlıq Qarabağın kürd ərazisi olduğunu da bildirib.

Verilişdə Azərbaycan və Türkiyənin mövqeyini jurnalist Fuad Abbasov müdafiə edib. Onun Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dediyi sözlər aparıcının etirazına səbəb olub. O, Fuad Abbasova "Siz əgər Azərbaycanı müdafiə edirsinizsə, biz sizi eşitmək istəmirik" deyib. Azərbaycana qarşı xüsusilə sərt mövqe nümayiş etdirənlər sırasında aparıcı Pyotr Tolstoy, ekspert Sergey Kurqinyan, Semyon Baqdasarov və deputat Konstantin Zatulin olublar.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı təxribata başladığı və sərt şəkildə cəzalandığı 2 apreldən bu yana Rusiya KİV-i Azərbaycan əleyhinə heç bir sədd tanımadan, açıq-aşkar anti-təbliğat aparıb.

Tarix
2016.04.07 / 14:45
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla