Yuxarı

Könüllü gənclər müharibəyə başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Könüllü gənclər müharibəyə başladı

Könüllülərdən ibarət bir qrup gənc son günlər cəbhədə baş verən hadisələrlə bağlı dünya mətbuatında yer alan yanlış məlumatların qarşısını almaq üçün maraqlı bir addım atıblar.

Onlar "Könüllülərinin İnformasiya Qərargahı" adı altında ölkəmiz haqqında, hazırda təmas xəttində baş verənlərlə bağlı xarici mətbuatda yayımlanan informasiyaların yetərsiz olduğunu bildirərək, informasiya müharibəsində dövlətimizə yararlı olmaq məqsədi ilə bir araya gəliblər.

Musavat.com-un əməkdaşı bu təşəbbüsü irəli sürüb, təşkilatçılıq edən gənclərlə əlaqə saxlayıb. Saytımıza danışan könüllü təşkilatçı Faiq Əliyev bunlar söylədi: "Biz "Azərbaycan Könüllülərinin İnformasiya Qərargahı" olaraq, ölkəmiz haqqında, hazırda torpaqlarımızda gedən döyüşlər zamanı xarici mediada yayılan informasiyalar yetərsiz olduğu və informasiya müharibəsində dövlətimizə yararlı ola bilmək üçün bir araya gəldik".

F.Əliyev bildirdi ki, təşəbbüsü Fuad Hacıyev adlı gənc "facebook" sosial şəbəkəsi üzərindən edib: "Dostumuz Fuad öz ideasını irəli sürdükdən sonra biz də ona dəstək verdik. Onun yazdığı status 1400-dən çox insan tərəfindən paylaşıldı. 100-dən çox tərcüməçi könüllü olaraq bizə yardımçı olmaq istədiyini bildirdi. Əvvəlcə maxsimum 5 xarici dilə tərcümələri nəzərdə tutsaq da, hazırda 25-dən çox dildə bizə köməklik edə biləcək könüllülər var".

Qərargahda daimi yardımçı olan işçilər arasında Faiq Əliyev, Rüfət Abdullayev, Günay Məhərrəmli və Fuad Hacıyevin olduğunu deyən müsahibimiz "Könüllülərin böyük əksəriyyəti e-maillər və sosial şəbəkə üzərindən yardımçı olub, tərcümələr edirlər. Daha sonra qrup və səhifə açdıq. Mən Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatları qrupda paylaşıram, onlar tərcümə edir. Könüllü redaktorlarımız isə onları redaktə edirlər. Bizim bu an üçün ən çox ehtiyacımız olan məsələ xarici media ilə yaxşı əlaqəsi olan dostlardır. Qərargahımız "Dəmirchi Tower"in 5-cu mərtəbəsində yerləşir" - deyə sözlərinə əlavə edib.

F.Əliyev atəşkəs elan olunsa da, informasiya müharibəsinin davam etdiyini vurğuladı: "Atəşkəs elan olunsa da, biz doğru informasiyanı yaymaqda davam edəcəyik. Bu müharibədə hər kəs yararlı ola bilər. Əvəzolunmaz dəyərimiz Azərbaycan üçün..."

Tarix
2016.04.08 / 01:04
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla