Yuxarı

Özbəkistan mediasında erməni təxribatını pisləyən - Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özbəkistan mediasında erməni təxribatını pisləyən - Bəyanat

Özbəkistanın Podrobno.uz portalı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin ermənilərin Dağlıq Qarabağdakı təxribatlarını pisləyən bəyanatını yayıb.

AzərTac xəbər verir ki, bəyanatda bildirilir: Özbəkistandakı Azərbaycan diasporu Dağlıq Qarabağda hərbi vəziyyətin gərginləşməsindən narahatdır və ermənilərin təxribatlarını qətiyyətlə pisləyir. İyirmi ildən artıqdır ki, Azərbaycan torpaqları qonşu Ermənistan tərəfindən işğal edilib, bir milyon dinc sakin öz doğma torpaqlarından qovulub və Azərbaycanın digər ərazilərində qaçqın, köçkün kimi yaşayır".

Bəyanatda qeyd edilir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz geri qaytarması ilə əlaqədar dörd qətnamə qəbul edib, bir sıra digər beynəlxalq təşkilatların sənədləri də var. Bununla belə, ermənilər torpaqları sülh yolu ilə geri qaytarmır".

Özbəkistandakı Azərbaycan diasporu Ermənistan hökumətini və silahlı qüvvələrini Azərbaycanın işğal altındakı torpaqlarını geri qaytarmağa çağırır.

Sənəd BMT, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Avropa İnsan Haqları Məhkəməsi, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlara, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinə göndərilib.

Tarix
2016.04.09 / 01:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla