Yuxarı

Zəngəzur yoluna rusların yerləşməsi… - Ermənistan XİN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəngəzur yoluna rusların yerləşməsi… - Ermənistan XİN

Üçtərəfli bəyannamənin 9-cu bəndində Ermənistan Respublikasının öz ərazisindən malların, nəqliyyat vasitələrinin və insanların keçidini təşkil etməsi və onların təhlükəsizliyinə təminat verməsi nəzərdə tutulur. Bu, bəyanatda çox sadə şəkildə yazılıb. Aydındır ki, Ermənistan Respublikası bunu öz yurisdiksiyası və suverenliyi çərçivəsində etməlidir. Rusiya FSB-nin Sərhəd Xidmətinin bu yolda fiziki mövcudluğu üçtərəfli bəyanatın 9-cu bəndində nəzərdə tutulmur.

Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında Ermənistan XİN-in sözçüsü Ani Badalyan deyib.

O bildirib ki, Ermənistan “Sülh qovşağı” layihəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün yol xəritəsini dəqiq ifadə edib, onun çərçivəsində Azərbaycan tərəfinə təkliflər göndərmişik:

“Üçtərəfli bəyannamədə faktiki olaraq nəzərdə tutulan regionun bütün nəqliyyat və iqtisadi infrastrukturlarının blokdan çıxarılmasında maraqlı olmaqla, biz Azərbaycana təklif vermişik və blokun açılması prosesinə bir gün əvvəl başlamağı təklif edirik”.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizində rus sərhədçilərin monitorinq aparmasına etiraz etmədiklərini bildirib.

Tarix
2024.10.14 / 12:24
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Polşa prezidentini təbrik etdi

İran Ermənistandakı Göy Məsciddə tədbir keçirdi

Həkimə qumbara atan şəxslə bağlı hər şey üzə çıxdı - Video

Ərdoğan Ermənistana onu göndərir - Səbəb

Məhəmməd Süleyman əl-Casir Xankəndiyə səfər edəcək

Slovakiya prezidenti Azərbaycana gələcək

İsrail səfirindən Azərbaycanla bağlı açıqlama

Qarabağda buna heyran qaldım - Braziliya səfiri

Hikmət Hacıyev Qazançı kilsəsindən video paylaşdı

Diplomatlar Laçında sədərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla