Yuxarı

Rusiya və İran oyundan çıxır, yerinə Türkiyə gəlir! - Ananev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya və İran oyundan çıxır, yerinə Türkiyə gəlir! - Ananev

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsininn (MKİ) şefi Uilyam Börnsün Ermənistana gizli səfərindən sonra Paşinyanın xarici siyasət ritorikası və davranışları 180 dərəcə dəyişdi. Biz sənədlərə diqqət etməliyik. Ermənistan hakimiyyətinin xarici siyasəti tamamilə ABŞ Dövlət Departamentinin 2022-ci ilin 4 may tarixində Paşinyana təqdim etdiyi strategiya çərçivəsindədir. Bu sənəd “Ermənistanın inteqrasiya strategiyası” adlanır.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin keçmiş baş müşaviri Aleksandr Ananev deyib.

Onun sözlərinə görə, 2022-ci ilin yayına qədər Paşinyanın Qərb vektoru gizli idi:

“Yadımdadır, Paşinyan forumların birində çıxışı zamanı 20 dəqiqə ərzində 9 dəfə Rusiyaya və Vladimir Putinə təşəkkür etdi. 2022-ci ilin yayından başlayaraq, daha dəqiq desək, CİA şefi Börnsün iyulun 15-də İrəvana gizli səfərindən sonra hər şey açıq müstəviyə keçdi. Həmin görüşdən sonra Paşinyana Ermənistan xarici siyasətini dəyişmək göstərişi verilib. Yəni 2022-ci ilin avqust ayından etibarən Ermənistanın atdığı bütün addımlar ABŞ Dövlət Departamentinin direktivinin icrası olub. Bu direktivin əsas postulatı ondan ibarətdir ki, Ermənistan Rusiyadan uzaqlaşmalıdır, Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı da Türkiyə olmalıdır”, - rusiyalı diplomat iddia edib.

Ananev iddiasını belə davam etdirir ki, ABŞ bölgədə üç əsas oyunçudan ikisini – Rusiya və İranı çıxarmaq, birini – Türkiyəni saxlamaq niyyətindədir:

“Rusiya və İran oyundan çıxandan sonra onun yerini ABŞ, yaxud Fransa deyil, məhz Türkiyə tutacaq. Paşinyan bunu bildiyi üçün bütün tədbirlərdə Ərdoğanla danışmağa çalışır”.

Tarix
2024.10.14 / 14:32
Müəllif
Axar.az
Digər xəbərlər

İraq prezidenti WUF13-ə dəvət olundu

Azərbaycan XİN bu ölkəni təbrik etdi

İlham Əliyev Polşa prezidentini təbrik etdi

İran Ermənistandakı Göy Məsciddə tədbir keçirdi

Həkimə qumbara atan şəxslə bağlı hər şey üzə çıxdı - Video

Ərdoğan Ermənistana onu göndərir - Səbəb

Məhəmməd Süleyman əl-Casir Xankəndiyə səfər edəcək

Slovakiya prezidenti Azərbaycana gələcək

İsrail səfirindən Azərbaycanla bağlı açıqlama

Qarabağda buna heyran qaldım - Braziliya səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla