Yuxarı

Doha görüşü Bakıya necə təsir edəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Doha görüşü Bakıya necə təsir edəcək

Doha görüşü, əslində, bir daha "neft bumu dövrünə" qayıtmağın çətin olacağına və hətta mümkünsüzlüyünə işarə idi.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov açıqlama verib. Ekspert Doha görüşündəki nəticəsizliyin bazara dərhal təsir etdiyini qeyd edib:

"OPEK-in Dohada razılığa gələ bilməməsinə birja qısa zamanda reaksiya verdi. Neftin qiyməti ilk birja günündə 5 faizə yaxın aşağı düşdü. Beynəlxalq analtiklər qiymət azalmalarının davam edəcəyini proqnozlaşdırırlar. Neftin qiymətinin yenidən yüksələcəyi ilə bağlı bir sıra neft ölkələrində formalaşan ümidlər dəfn olundu. Belə görünür ki, OPEK və digər aparıcı istehsalçılar oktyabradək hasilatın dondurulması məsələsini gündəmdən çıxartdılar. Doha görüşü, əslində, bir daha "neft bumu dövrünə" qayıtmağın çətin olacağına və hətta mümkünsüzlüyünə işarə idi".

İqtisadçının sözlərinə görə, Doha görüşü Azərbaycan üçün əhəmiyyətli idi:

"Neftin dünya bazar qiymətindəki aşağı düşmələr ölkəyə daxil olan valyutanın azalmasına səbəb olur. Valyuta daxilolmalarını artırmağın yeganə yolu islahatların sürətləndirilməsidir. Struktur islahatları, liberallaşma və geniş miqyaslı elektronlaşma qeyri-neft sektorunun inkişafını stimullaşdıra bilər. Artıq bütün neft ölkələri qara qızılın qiymətində daha kəskin azalmalara hazır olmalıdırlar. Bu hazırlıq isə yeni iqtisadi islahatlar paketindən keçir".

Qeyd edək ki, dünən neft ölkələrinin Dohada keçirilən görüşü nəticəsiz başa çatıb. Növbəti görüş iyunda Vyanada keçiriləcək.

Tarix
2016.04.18 / 10:44
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Şeyxdən İran səfirinə: İlham Əliyev dəfələrlə bəyan edib ki...

Azərbaycan bu ölkə ilə münasibəti bərpa edir

İsmayılovun yarım milyardlıq əmlakı müsadirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla