Yuxarı

İcra başçısı partlayan obyektinə yiyə çıxmır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısı partlayan obyektinə yiyə çıxmır

"Azadlıq prospekti" metro-stansiyası yaxınlığında, Süleyman Sani Axundov küçəsində partlayan yarımçıq tikilinin Binəqədi rayonunun keçmiş, Samux rayonunun hazırkı icra başçısı Alı Qocayevin olması barədə "Axar.az"a Binəqədi rayon rəsmiləri məlumat vermişdi.

Məsələ ilə bağlı Alı Qocayevlə əlaqə saxlamağa cəhd etdik. Samux rayon İH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova "Axar.az"ın əməkdaşına icra başçısının iş başında olduğunu bildirsə də, məsələnin mahiyyətini bildikdən sonra Alı Qocayevin tədbirdə olduğunu bildirdi. Xanım müavin bildirdi ki, bu məsələ Samuxla bağlı olmadığı üçün o, heç nə deyə bilməyəcək və icra başçısına zəng barədə məlumat verəcək.

Alı Qocayevin mobil telefonuna isə özünü başçının sürücüsü kimi qələmə verən şəxs cavab verdi və bildirdi ki, Alı Qocayevə bu barədə məlumat verəcək.

Qeyd edək ki, Alı Qocayev 2012-ci il 12 aprel tarixinə qədər Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb və həmin tarixdə Prezidentin sərəncamı ilə Samux rayonuna icra başçısı göndərilib.

Partlayış nəticəsində dağılan tikintinin Alı Qocayevə məxsus olduğu bildirilsə də, icra başçısı üzə çıxmır.

Xatırladaq ki, Binəqədi rayon icra hakimiyyətindən verilən məlumatda bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qərarı ilə Alı Qocayevə məxsus obyektin tikintisinin tamamlanmasının dayandırıldığı qeyd olundu.

Tarix
2014.02.15 / 14:09
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Prezident Naxçıvan Regional DOST Mərkəzinin açılışında

Prezident Naxçıvanda yeni avtobuslara baxdı

Prezident Naxçıvan Sənaye Parkının təməlini qoydu - Foto

İlham Əliyev bu stansiyalardakı işlərlə tanış oldu

İlham Əliyev və xanımı Heydər Əliyev abidəsini ziyarət etdi

Ermənistan və İran TRİPP-lə bağlı razılaşdı

Ermənistan Azərbaycandan qaz almaq istəyir

İlham Əliyev Naxçıvana getdi - Video

Bakı və Vaşinqton arasında mühüm görüş

ABŞ-dan Naxçıvan açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla