Yuxarı

İrəvanın Bakı bəhanəsi: “missiyanı” uzadır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanın Bakı bəhanəsi: “missiyanı” uzadır

Ermənistan Azərbaycanın təhdidləri qarşısında bitərəf və obyektiv tərəf kimi missiyanı qoruyub saxlamağın tərəfdarıdır.

Axar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Əminəm ki, mülki missiya Avropa Birliyinin qərarı ilə müəyyən edilən və bu formatın çərçivəsindən kənara çıxa bilməyən fəaliyyətlə məşğul olur. Bildiyimə görə, bu gün AB bu mandatın uzadılması məsələsini ciddi şəkildə nəzərdən keçirir”, - Mirzoyan bildirib.

Onun sözlərinə görə, nə qədər ki, Azərbaycanla imzalanmış sülh müqaviləsi, irəliləyən və ya başa çatmış delimitasiya prosesi, sabitlik yoxdur, İrəvan Bakının mümkün addımlarından narahatdır. Nazirin fikrincə, neytral üçüncü tərəfə və onun obyektiv qiymətləndirilməsinə ehtiyac var.

Qeyd edək ki, AB-nin müşahidə missiyasının 2 aylıq yerləşdirilməsinə Bakı razılıq vermişdi. Daha sonra “missiya”nın tərkibi və müddəti Azərbaycanın razılığı olmadan uzadılmaqda davam edir.

Tarix
2024.10.24 / 12:28
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Bakıdan Ermənistana 488 ton taxıl yola salındı

Bayramov Ər-Riyadda çıxış etdi: Naxçıvana PUA hücumu...

Bayramov Ərəbistanda İshaq Darla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla