Yuxarı

Sərkisyan sülhün üstündən xətt çəkdi, Rusiya isə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyan sülhün üstündən xətt çəkdi, Rusiya isə...

Cəbhədə baş verənlər dördgünlük müharibədən sonrakı sülh gözləntilərinin üzərindən xətt çəkdi və bununla da iki məsələyə aydınlıq gətirildi: birincisi, erməni tərəfi sülh prosesinə sadiq qalmadığını göstərdi, ikincisi, Rusiya vədini tutmadı.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri bildirib ki, İrəvanda kompromis variant işə düşmədiyindən Lavrov dərhal üzünü Moskvaya çevirib:

"Son baş verənlər onun nəticəsidir ki, dünya vaxtında işğalçı Ermənistanın təcavüzkar hərəkətlərinə siyasi qiymət vermədi. Sərkisyan və onun komandası məhz xalqı radikal millətçilik əhval-ruhiyyəsində saxlamaq üçün cəbhədə aranı qarışdırdı. Görünür, sülh yoluna deyil, müharibə xəttinə əməl etmək niyyətindədirlər. Ancaq Madagiz ətrafında hərbi qərargahı yenidən bərpa edən ermənilər bu dəfə də ərazidən qaçdılar. Demək, Sərkisyan Moskvanın İrəvana lazımı maddi dəstək verəcəyini bilir. Rusiyanın Ermənistanı sürətlə militaristləşdirməyə davam etməsi bunu sübut edir. Bu şəraitdə əlbəttə ki, Ermənistan sülhə meyilli olmayacaq. Qərb bölgədə bütün baş verənləri çox yaxından izləyir. Cəbhədə son baş verənlər dördgünlük müharibədən sonrakı sülh gözləntilərinin üzərindən xətt çəkdi və bununla da iki məsələyə aydınlıq gətirildi: birincisi, erməni tərəfi sülh prosesinə sadiq qalmadığını göstərdi, ikincisi, Rusiya vədini tutmadı. Fikir verin, ruslar yenə ermənilərin başını sığallamaq taktikasına keçiblər. Nəticə etibarilə regionda sülh və müharibə qeyri-müəyyənliyi qalmaqdadır. O da dəqiqdir ki, Azərbaycan hazırda ordunun daha da möhkəmləndirilməsi, torpaqlarının bundan sonra yalnız hərbi yolla azad edilməsi variantı üzərində fikirləşir".

Tarix
2016.04.25 / 13:03
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla