Yuxarı

Bakıda daha bir mühüm tədbir başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda daha bir mühüm tədbir başladı

Bu gün Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda Qərbi Azərbaycan İcmasının təşkil etdiyi II beynəlxalq konfransın açılışı olub.

Axar.az xəbər verir ki, 5–6 dekabr tarixlərini əhatə edəcək konfransda 51 ölkədən, o cümlədən Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, İndoneziya, İtaliya, Özbəkistan, Pakistan, Belçika, Gürcüstan, Kanada, İspaniya, İsveçrə, Qazaxıstan, Qırğızıstan, Malta, Yaponiya, Albaniya, Banqladeş, Belarus, Bolqarıstan, Çexiya, Çin, Danimarka, Efiopiya, Estoniya, Əlcəzair, Fransa, Xorvatiya, İordaniya, İraq, Koreya, Litva, Macarıstan, Malayziya, Mərakeş, Misir, Monteneqro, Nepal, Niderland, Norveç, Polşa, Rumıniya, Səudiyyə Ərəbistanı, Şimali Kipr Türk Cümhuriyyəti, Şimali Makedoniya, Tailand, Ukrayna və Yeni Zelandiyadan 100-dən çox xarici qonaq iştirak edir.

Qeyd edək ki, qonaqlar arasında 7 ölkədən 11 parlament üzvü, 1 ölkənin prezidentinin və 1 ölkənin vitse-prezidentinin müşaviri, 1 sabiq nazir, 2 ölkədən sabiq səfir, 17 ölkənin 23 məşhur universitetinin 24 professoru, Azərbaycan diasporunun 14 fəal üzvü, 17 ölkədən 20 araşdırma mərkəzi və akademiyanın təsisçisi, rəhbər şəxsi, 11 ölkədən 12 beynəlxalq araşdırma institutunun rəhbəri, eksperti, 3 ölkəni təmsil edən 3 hökumət şurası üzvü, 8 ölkəni təmsil edən 8 hüquqşünas və hüquq müdafiəçisi 1 hərəkat lideri, müxtəlif ölkə parlamentləri aparatlarının məsul əməkdaşları, jurnalistlər, iş adamları yer alır.

Həmçinin tədbirdə Azərbaycanda akkreditə olunmuş 25-dən artıq diplomatik nümayəndəlik təmsil olunur.

İctimai-siyasi və elmi dairələrdən iştirak edən nüfuzlu yerli qonaqlar nəzərə alınmaqla, konfrans iştirakçılarının sayı ümumilikdə 210 nəfərdir.

Tarix
2024.12.05 / 09:25
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla