Yuxarı

Prezident təsdiqlədi: onlara 6 min manat ödəniləcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, bu kateqoriya vətəndaşlarımıza ilk dəfə işə düzələn zaman 6 min manat birdəfəlik müavinət veriləcək.

Axar.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov qeyd edib.

Onun sözlərinə görə, əvvəlki qanunvericiliyə əsasən, sözügedən kateqoriyadan olan uşaqlar ilk dəfə işə düzələn zaman orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə (5017,5 manat), habelə paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və ya öz arzularına əsasən onların əvəzinə verilən pul kompensasiyası ilə (265 manat) təmin olunurdular:

“Daha səmərəli sosial təminat məqsədi ilə pul kompensasiyasının da sözügedən müavinətin tərkibinə daxil edilməklə məbləğ 6 min manat müəyyən edilib.

Bu hüquq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, habelə onların arasından olanlara aiddir. Onlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət etmək hüququna malik olurlar. Bu müavinəti almaq hüququ olan vətəndaşlarımız yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, DOST mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər”.

V.Bayramov aşağıdakı sənədlərin tələb olduğunu bildirib:

- şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamənin surəti;

- əmək kitabçasının surəti;

- valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı.

Deməli, bu vətəndaşlarımız işə düzələndən sonra müvafiq sənədlərlə müraciət edib həmin müvainəti ala bilərlər. Bütün bunlarla yanaşı, bir sıra müavinətlərlə bağlı məlumatlılığın nisbətən az olduğunu nəzərə alsaq, belə ödənişlərin proaktiv təyin olunması vacibdir. Yəni hər hansı sənəd tələb olunmadan elektron müavinətin hesablanması və təyinatı daha məqsədəuyğundur”.

Tarix
2024.12.23 / 11:05
Müəllif
Axar.az
Digər xəbərlər

Vuçiç Ceyhun Bayramovu qəbul etdi

İran Azərbaycanı təbrik etdi: Dəstəklədik!

Bayramov Belqradda mühüm konfransda çıxış etdi

Əliyev möcüzəsi: Unikal idarəetmə, heyrətamiz diplomatiya

Kreml və Tehran bir ildir çalışır, nail ola bilmir

Zirəddinin 2024 proqnozu: süni insan yaradıldı

Liderlər İlham Əliyevi təbrik edir

Ermənilərdən “Dubay şokoladı” ilə bağlı şok: Şuşa detalı - Foto

İlham Əliyev Roma Papasına məktub göndərdi

Bu proseslər sülhə ciddi təhdidlər yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla