Yuxarı

Bələdçi: Kapitan suya enmək fikrini buna görə dəyişdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bələdçi: Kapitan suya enmək fikrini buna görə dəyişdi

Pilot gördü ki, eniş etmək üçün yer görünmür. Buna görə də yenidən havaya qalxdı. Havada dövr etdikdən sonra yenidən enişə cəhd etdi, amma alınmadı. Bundan sonra o məcbur olub havaya qalxdı və başqa istiqamətə yol aldı. Biz geriyə qayıdan zaman çöl hissədən qəribə, zərbəyəbənzər səs gəldi. Mən və Aydan xanım tez salona çıxdıq, insanları sakitləşdirməyə çalışdıq. Mən qabağa getmək istəyəndə qolumdan zərbə dəydi. Elə bil kimsə balta ilə qolumdan vurmuşdu. Qolumda dərin kəsik var idi. Daha sonra isə üçüncü zərbə səsi eşidildi. Biz insanlara təlimat verdik ki, suya eniş edəcəyik və hazır olsunlar, jiletlərini geyinsinlər.

Axar.az xəbər verir ki, bunu APA-ya açıqlamasında təyyarə qəzasında sağ qalan təyyarə bələdçisi Zülfüqar Əsədov deyib.

Onun sözlərinə görə, daha sonra onlara ekipaj komandiri zəng edərək onlara suya yox, quruya eniş etmələri ilə bağlı məlumat verib:

“Fikrimcə, suya eniş etsəydik, sağ qalan olmayacaqdı. Çünki bizim təyyarənin mühərrikinə təsir göstərilmişdi və o suya sərt eniş etsəydi, bu, daşa dəyməkdən də daha möhkəm olacaqdı. Nəticədə təyyarə parça-parça olacaqdı. Biz məlumatı eşidib sərnişinləri təlimatlandırıq. Bütün sərnişinlər təlimata uyğun hərəkət etdi.

Pilotlar çox çalışdılar ki, təyyarəni havada saxlayıb təyinat nöqtəsinə qədər eniş edə bilsinlər. Onlar bunun üçün çox cəhd etdilər. İlk olaraq da yerə ön təkərləri vurdular. Çünki bütöv şəkildə yerə dəysə idi, oradan sağ çıxan insan olmayacaqdı. Ya ön təkəri seçməli idilər, ya da arxa”.

Tarix
2024.12.27 / 14:36
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla