Yuxarı

Ekipaj qəza ilə bağlı siqnal göndərib, qəbul etməyiblər - AZAL

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekipaj qəza ilə bağlı siqnal göndərib, qəbul etməyiblər - AZAL

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinə kənardan qeyri-qanuni təsirlər olub, təyyarəni idarə edən sistemlər sıradan çıxarılıb.

Axar.az xəbər verir ki, bunu AZAL-ın vitse-prezidenti İlham Əmirov Heydər Əliyev Beynəlxalq Aeroportunda qəza nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimində bildirib.

"Belə bir məqamda pilotlarımız böyük cəsarət nümayiş etdirib. Ekipaj təyyarənin qəzaya uğraması ilə bağlı Qroznı və Mahaçqala hava limanlarına siqnal göndərsə də, onları qəbul etməyiblər”, - deyə o qeyd edib.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Tarix
2024.12.29 / 11:34
Müəllif
Axar.az
Digər xəbərlər

Saxlanılan AXCP-çilərın hamısı azad edildi

Melkonyanın adını daşıyan bir qurum necə təşviq oluna bilər?

ABŞ milli strategiyasını elan etdi - Avropa üçün şok

ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə

Əli Kərimlini hamıdan qabaq, görün, kim müdafiə etdi...

Britaniya Azərbaycana dəstək üçün yeni layihəyə başlayır

Gürcüstanda azərbaycanlı məktəb direktoru saxlanıldı

Koşta yeni razılaşmadan danışdı: Bakı-İrəvan sülhü...

Adnan Əhmədzadənin supermarketi bağlandı - Foto

AİB-in dəstəyi ilə layihəyə start verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla