Yuxarı

Rusiyanın bu aviaşirkətləri Azərbaycana reysləri ləğv etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın "IrAero", "Ural Airlines" və "UTair" aviaşirkətləri Ufa, Samara, Vladiqafqaz, Saratov, Nijni Novqorod və Soçidən Azərbaycana reysləri ləğv edib.

Axar.az Report-a istinadla xəbər verir ki, "UTair" Ufa və Samaradan Bakıya uçuşları ləğv edib. Sərnişinlər artıq SMS vasitəsilə ləğv barədə bildirişlər almağa başlayıblar. Reyslər hələ də bronlaşdırma sistemində qalır, lakin ən azı yanvarın sonuna qədər bilet almaq mümkün deyil.

Eyni zamanda, "UTair"in Moskva, Sankt-Peterburq, Tümen və Surqutdan Bakıya reysləri saxlanılır.

"IrAero" Vladiqafqaz, Saratov və Nijni Novqoroddan Bakıya reysləri cədvəldən çıxarıb. Bu reyslərə biletlər bronlaşdırma sistemindən tamamilə silinib. "IrAero"nun Moskva, Kazan, Perm, Novosibirsk və Krasnoyarskdan Bakıya reysləri qalır.

"Ural Airlines" Soçidən uçuş proqramında dəyişiklik edib. Moskva və Yekaterinburqdan Bakıya reyslərin biletləri satışda qalıb.

Qeyd edək ki, Azərbaycandan Rusiyanın 10 şəhərinə - Qroznı, Mahaçqala, Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Nijni Novqorod, Vladiqafqaz və Saratova uçuşlar dayandırılıb.

Tarix
2024.12.29 / 11:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq... - ABŞ

Rusiya əlindən gələni edəcək ki, Bakı və İrəvan... - Səfir

Surinam prezidenti İlham Əliyevə başsağlığı verdi

Rusiya Azərbaycandan alır, amma Ermənistan…

Putinin Əliyevə zəngi: 25 illik hakimiyyətində ilk dəfə bunu etdi

Yeni səhifə açıldı: indi Azərbaycan yardım edir!

Azərbaycanda generala yüksək vəzifə verildi

Mehriban Əliyeva: Qoy, Yer üzündəki bütün azərbaycanlılar...

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Gürcüstan azərbaycanlıları buna görə üzr tələb edir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla