Yuxarı

Təyyarə qəzasında yaralanan xanımına qovuşdu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktauda təyyarə qəzasından sonra həyat yoldaşı Müslümat Siracova ilə əlaqə saxlaya bilmədiyini deyən Nurulla Siracov bu gün ona qovuşub.

Axar.az xəbər verir ki, bu barədə "Yeni Klinika"nın mətbuat katibi Nuridə Allahyarova Feysbuk sosial şəbəkə hesabında paylaşım edib.

Görüntülərdən aydın olur ki, N.Siracov xəstəxana rəhbərliyinin müşayiəti ilə ötən gün klinikaya gətirilən həyat yoldaşına baş çəkir. Otağın qapısından onu izləyən N.Siracov göz yaşlarını saxlaya bilmir.

Qeyd edək ki, əslən Zaqatala rayonunun Danaçı kəndindən olan ər-arvad Siracovlar dekabrın 25-də Bakıdan Qroznıya uçan və Aktau yaxınlığında qəza enişi edən təyyarədə olublar. N.Siracovun xəstəxanadan çəkilmiş videosunda həyat yoldaşının qəza anında yanında oturduğunu, lakin ayılandan sonra onu görmədiyini, həyat yoldaşı üçün darıxdığını bildirmişdi.

Əvvəlcə M.Siracovanın qəzada həlak olduğu bildirilsə də, sonradan onun adı sağ qalanların siyahısında açıqlanıb. Bir müddət Qazaxıstanda müalicə alan M. Siracova ötən gün həyat yoldaşının müalicə olunduğu "Yeni Klinika"ya təxliyə olunub.

Həmin görüntüləri təqdim edirik:

Tarix
2024.12.31 / 23:14
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı İrandan sonra Rusiyaya xəbərdarlıq etməlidir – Səbəb

Berbok və Barronun Suriyaya “biz də varıq” səfəri…

Sərhəddə toqquşma: Pekin niyə narahatdır?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Polşa

Aktaudakı təyyarə qəzası: Çin tədbirlərə başladı

Bakıdan göndərilən yardım TIR-ları Türkiyəyə çatdı

Türkiyə savaşa girməyə məcbur olacaqdı: qəti qərar verildi…

ABŞ-dan Bakı-İrəvan danışıqları barədə bəyanat

Tokayev qara qutudan danışdı: Düzgün həll yolu...

Türkiyə gücləndi: Cənubi Qafqazda nə dəyişəcək? - Simonov

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla