Xersonda Litva konsulluğunun binası vuruldu
01:48
Ana səhifə Planet |
2025-ci il yanvarın 1-dən Qazaxıstan Rusiya buğdasının idxalını bərpa edəcək.
Axar.az Unikal-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Departament qeyd edib ki, ölkə buğda idxalına məhdudiyyətləri uzatmayacaq. Eyni zamanda, daxili bazarda vəziyyətin monitorinqi aparılacaq. Nazirlik vurğulayıb ki, problemlər aşkar olunarsa, Qazaxıstan hakimiyyəti əlavə tədbirlər görə bilər.
Qeyd edək ki, avqustun 21-də Rusiya buğdasının Qazaxıstana idxalına qadağa qoyulub. Oktyabrda Qazaxıstanın Baş nazirinin müavini Serik Jumanqarin belə izah edib ki, qərar daxili bazarda qiymətlərin sabitləşdirilməsi zərurəti ilə əlaqədar verilib.
Tarix
2024.12.31 / 23:36
|
Müəllif
Axar.az
|