Yuxarı

ATƏT buna münasibət bildirməlidir - Çağırış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ATƏT buna münasibət bildirməlidir - Çağırış

Təmas xəttindəki son hadisələr - Ermənistanın törətdiyi təxribatlar həmsədrlərin iştirakı ilə ATƏT-in Parlament Assambleyasının yay sessiyasında müzakirə predmeti olmalıdır. Biz belə bir müzakirənin təşkil olunmasına çalışırıq, hər halda proses gedir.

Bunu Trend-ə Milli Məclisin vitse-spikeri, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

B.Muradova bildirib ki, aprelin əvvəlində təmas xəttində Ermənistan tərəfi atəşkəs rejimini intensiv şəkildə pozmağa başlayanda ATƏT PA-nın rəhbərliyinə məktublarla müraciət edib:

"Daha sonra görüşlərdə də şifahi olaraq bu fikirlər səsləndirilib. Cənubi Qafqaz üzrə xüsusi nümayəndə ilə bu barədə danışmışıq. Biz yay sessiyasında bu məsələ ətrafında müzakirələrin aparılmasını gözləyirik. Ona görə də düşünürəm ki, bu səylər daha da intensivləşməli, vasitəçi bir təşkilatın mühüm institutu olan ATƏT PA bu məsələyə öz münasibətini bildirməlidir. Çünki Avropa Şurasında bu məsələ müzakirə olunub, beynəlxalq təşkilatlar da son hadisələrə - Ermənistanın təxribatlarına öz münasibətlərini bildiriblər".

O, qeyd edib ki, əgər Ermənistan bu gün Dağlıq Qarabağın tanıdılması prosesinə rəsmi start verirsə, bu məsələ də müzakirə olunan məsələlər arasında ən vacib yerlərdən birini tutacaq:

"Çünki bütün təxribatlar son nəticədə Dağlıq Qarabağın tanıdılmasından gedir. Onlar bir tərəfdən güclə, digər tərəfdən də diplomatiya ilə, dünya ictimaiyyətini aldatmaq yolu ilə, ən müxtəlif vasitələrlə buna nail olmaq istəyirlər".

Vitse-spiker hesab edir ki, ona görə də Azərbaycan bu məsələnin hərtərəfli müzakirəsinin tərəfdarıdır.

B.Muradova əlavə edib ki, bir qayda olaraq, Ermənistan tərəfi və ATƏT-in Minsk Qrupunun həmsədrləri məsələnin ümumi həllini bir tərəfə qoyaraq, diqqəti onun ayrı-ayrı elementlərinin üzərində cəmləyirlər:

"Belə olduğu təqdirdə biz söyləyirik ki, insidentlər Azərbaycana elan olunmamış müharibənin ayrı-ayrı elementləridir. Biz əsas məsələni qoyub ayrı-ayrı elementlər üzərində fikrimizi cəmləyə bilmərik. Əsas diqqət problemin həllinə yönəlməlidir. Ona görə də biz problemin hərtərəfli müzakirəsinin tərəfdarıyıq və təbii ki, belə bir müzakirənin aparılmasına nail olacağıqsa, bütün bu məsələlər haqqında fikrimizi ifadə edəcəyik".

Tarix
2016.05.08 / 15:42
Müəllif
Axar.az
Digər xəbərlər

Şevçenko: Türkiyə nüvə ölkəsinə çevrilir

Paşinyan açıqladı: Azərbaycan buna icazə verib!

İlham Əliyev Vensə bu fotoları göstərdi - Video

Şuşa yolunda qaçan cüyürlər maraq doğurdu - Foto

Tramp Azərbaycana heyrandır - Vens

Son altı ayda Donald Trampla... - Prezident

Azərbaycana bu marşrutla uçan ilk şəxs oldum - Vens

Vensin Bakı səfəri Türkiyə üçün çox önəmlidir - Video

Prezidentin Venslə geniş tərkibdə görüşü baş tutdu

Bakı və Vaşinqton regional tərəfdaşlığı gücləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla