Yuxarı

Oleq Bakinski ilə mühakimə edilən şəxs nazir müavini olub

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Oleq Bakinski" kimi tanınan Oleq Krapivin və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Muxtarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə Oleq Krapivin tərcüməçiyə ehtiyac olmadığını və Azərbaycan dilini sərbəst bildiyini deyib:

"Mən bakılıyam, Azərbaycan vətəndaşıyam, tərcüməçi lazım deyil".

Hakim bildirib ki, anket məlumatlarında Oleq Krapivin 1960-cı ildə Şamaxıda anadan olduğunu və Bakıda Sabunçu qəsəbəsində yaşadığını deyib.

Digər təqsirləndirilən Konstantin Kuçer hazırda rus dili tərcüməçisi ilə təmin olunub. Lakin o, növbəti prosesində tərcüməçinin Ukrayra dilini bilən şəxsin olmasını xahiş edib.

Anket məlumatları dəqiqləşdirilən zaman Konstantin Kuçerin 8 övladı olduğu üzə çıxıb. Təqsirləndirilən şəxslər məhkəmədə jurnalistlərin çəkiliş aparılmaması ilə bağlı vəsatət veriblər.

Məhkəmə hazırki müddətdə vəsatəti təmin edib və prosesdə çəkiliş aparılmasına icazə verilməyib.

Konstantin Kuçerin vəkili vəsatətlə çıxış edib. O bildirib ki, təqsirləndirilən şəxs Ukraynada nazir müavini olub, 2020-ci ildə Azərbaycana köçüb:

"Buranı özü üçün ikinci Vətən kimi qəbul edib. Şirkətlər açıb, işçiləri olub. Bu adam heç kimə qarşı dələduzluq etməyib. Zərərçəkmiş kimi tanınan Rusiya şirkətləri ABŞ tərəfindən sanksiyaya məruz qalıb. Digər tərəfdən, dələduzluq ittihamından əlavə müvəkkilimə xuliqanlıq maddəsi ilə də ittiham verilib. Mən xahiş edirəm ki, cinayət işi ilə bağlı zərərçəkmiş bioloji ekspertizaya cəlb edilsin, cinayət işi ibtidai istintaqa qaytarılsın".

Oleq Krapivinin vəkili də çıxış edərək cinayət işinin ayrıca icraata verilməsini, müvəkkilinin iş üzrə tək mühakimə olunmasını xahiş edib:

"Müvəkkilim özünü təqsirli bilmir. Zərərçəkmişlər Rusiya vətəndaşıdır. Hər hansı bir təhlükə yoxdur. Oleq Krapivinin əməli az ağır cinayətlər kateqoriyasına aiddir. Bu səbəbdən xahiş edirik, cinayət işi ayrıca icraata götürülsün və müvəkkilim barəsində ev dustaqlığı qətimkan tədbiri seçilsin".

Oleq Bakinski vəkilin fikirləri razı olduğunu, zərərçəkmiş şəxsi vurmadığını və hər hansı bir xəsarət yetirmədiyini bildirib.

Zərərçəkmişin şəxsin hüquqi nümayəndəsi isə çıxış edərək təqsirləndirilən şəxslərin vəkillərinin verdiyi vəsatətin təmin olunmamasını xahiş edib:

"Konstantin Kuçerin başqa cinayətləri də olub. Hazırda da qaçaqmalçılıqla bağlı interpol xətti ilə beynəlxalq axtarışdadır".

Konstantin Kuçer buna etiraz edib və barəsində hər hansı bir axtarış olmadığını bildirib.

Məhkəmə vəsatətləri təmin etməyib. İş üzrə məhkəmə baxışı yanvarın 24-ə təyin edilib.

Tarix
2025.01.10 / 16:43
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağda İskəndər-M olub? – Saakyan açıqladı

2024 ölkə iqtisadiyyatı üçün uğurlu il olub

Qondarma rejim hərbçilərə maaşı necə verirdi? - Saakyan

Ermənistan daha iki tələbimizi yerinə yetirməlidir

Putin-Tramp görüşü Bakıda olacaq? - Ekspert

Zirəddin Ukrayna danışıqları ilə bağlı proqnoz yaydı

Sülh mətni hazırdır: saziş nə vaxt imzalana bilər?

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Uitkoff Moskvadan Bakıya gəlib? - Sensasion səbəb

Müqavilə mətnində bu barədə bənd yoxdur - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla