Yuxarı

BMT-dən Türkiyəyə inanılmaz - İttiham

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT-dən Türkiyəyə inanılmaz - İttiham

PKK terrorçuları Türkiyənin Cizrədə apardığı anti-terror əmliyyatlarından təbliğat vasitəsi kimi istifadə edir. Dünyanın aparıcı beynəlxalq təşkilatlarına həqiqətə uyğun olmayan məlumatlar ötürən separatçılar Türkiyə ordusunun nüfuzuna ləkə salmağa çalışır.

Axar.az xəbər verir ki, terrorçuların saxtakar fəaliyyəti bəzən öz "nəticəsini" verir. Hətta BMT nümayəndələri də PKK üzvlərinin sarsaq iddialarına inanaraq rəsmi Ankaraya təzyiq göstərməyə çalışır.

BMT-nin İnsan Haqları üzrə Ali komissarı Zeyd Raad Hüseyn Cizrədə aparılan anti-terror əməliyyatlarına münasibət bildirib. Qurum rəsmisi PKK terrorçularının yaydığı məlumatları payalaşaraq Türkiyəni günahlandırıb:

"PKK ilə əlaqəli qrupların Cizrədə və digər bölgələrdəki qanunsuz fəaliyyətini şiddətlə qınayıram. Lakin xalqı qorumaq vəzifəsini boynuna götürən təhlükəsizlik qüvvələri əməliyyat zamanı səlahiyyətlərindən sui-istifadə etməməlidir. İşgəncə, mühakiməsiz edam BMT qanunlarına ziddir. Cizrədə qadın və uşaqlar da daxil olmaqla silahsız vətəndaşların qəsdən öldürülməsi ilə bağlı məlumatlar alırıq. Bundan başqa, bəzi vəziyyətlərdə səlahiyyətlilərin yaralılara təcili yardımların çatdırılmasına icazə vermədiyi deyilir. Təhlükəsizlik qüvvələri tərəfindən 100-dən çox adamın yandırılaraq öldürüldüyünü əks etdirən iddialar var. Təhlükəsizlik qüvvələrinə müqavimət göstərən qruplar da daxil olmaqla bütün iddialar çox ciddi şəkildə araşdırılmalıdır.

Türkiyə hökuməti mənim ofisimə və BMT-nin digər nümayəndələrinə bölgəni ziyarət edib məlumat toplamağa icazə verməlidir. 2016-ci ildə belə geniş və əlçatan mövqedə olan bir bölgədə baş verənlər narahatlıq yaradır. Buna görə BMT işçilərinə, digər qeyri-hökumət təşkilatlarına və jurnalistlərə icazə verilməsi üçün Türkiyəyə növbəti dəfə çağırış edirəm".

Qeyd edək ki, təhlükəsizlik qüvvələrinin mülki şəxslərə atəş açması ilə bağlı heç bir fakt yoxdur.

Tarix
2016.05.10 / 18:25
Müəllif
Hacı Qulu
Digər xəbərlər

İlham Əliyevdən Sülh Sammiti ilə bağlı paylaşım - Foto

Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak etdi - Video

Pakistan prezidenti Sahibə Qafarovanı qəbul etdi

Azərbaycan və Rusiya regionun aparıcı ölkələridir - İran

Trampın İlham Əliyev barədə diqqətçəkən sözləri - Video

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Yaxın Şərqdə sülh! Tarix yazılır! - Hacıyev

Fələstinli satqınları dəhşətli ölüm gözləyir

İlham Əliyevlə Makronun səmimi görüşü - Video

İlham Əliyev Trampla görüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla