Yuxarı

İrəvanın Zəngəzur dəhlizinə reaksiyası... - Zaxarova

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Zəngəzur dəhlizinə reaksiyası anlaşılmazdır.

Axar.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Rusiya" telekanalının "Həftə xəbərləri" proqramında yayımlanan süjetdə Zəngəzur dəhlizi terminindən istifadə edilməsinə görə Ermənistanın Rusiyaya etiraz notası verməsinə münasibət bildirən Zaxarova qeyd edib ki, burada söhbət jurnalistin sözlərindən gedir.

"Biz hər zaman İrəvandan Ermənistanın söz azadlığına sadiq olduğunu eşitdik, üstəlik də hazırki Ermənistan rəhbərliyi bunu özünün imperativi edib. Bu, birincisi...

İkincisi isə bizim rəsmi mövqeyimiz rəsmi İrəvana yaxşı məlumdur. Bu mövqeyin məğzini biz dəfələrlə bəyan etmişik, o cümlədən brifinqlərimizdə...Biz ardıcıl olaraq 2020 və 2021-ci illərdə imzalanmış üçtərəfli bəyanatlar əsasında Cənubi Qafqaz regionunda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların kompleks şəkildə blokdan çıxarılmasından danışırıq. Hər şeydən öncə burada söhbət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 (10) noyabr 2020-ci il üçtərəfli bəyanatdan gedir. Həmin bəyanatda hər şey (o cümlədən Zəngəzur dəhlizi ilə bağlı müddəa - red.) dəqiq şəkildə qeyd olunub. Mən həmin bıyanatın bu hissəsini dəfələrlə səsləndirmişəm, bunu indi bir daha edəcəm", - deyə Zaxarova vurğulayıb.

Rusiya XİN sözçüsü xatırladıb ki, həmin bəyanatda regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, Ermənistan Respublikasının Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməsi, bu marşrut üzrə nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Xidmətinin həyata keçirməli olduğu qeyd edilib.

Tarix
2025.01.16 / 15:32
Müəllif
Axar.az
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla