Yuxarı

Ağ Evdə sonuncu “əfv”: ABŞ-ın Baydensayağı demokratiyası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın 46-cı, həm də paranoyal prezidenti kimi tarixə düşən Co Bayden Ağ Evi tərk etməsinə 20 dəqiqədən də az qalmış verdiyi son qərarla demokratiyanın “Amerika faciəsi”nə də imza atdı. Demokratların lideri Bayden 4 illik hakimiyyəti dövründə onsuz da anti-demokrat fəaliyyəti ilə yadda qalmışdı və o, bütün addımları ilə sübut etdi ki, “demokratları” təmsil etmək hələ demoktrat olmaq demək deyil.

Baydenin demokratiyası isə yalnız özünəməxsus formada olub, belə demək mümkünsə, Baydensayağı demokratiya. 2023-cü ildə onun “Demokratiya sammiti” adı altında “dost məclisi” təşkil etməsi – hərbi rejimlərin hökm sürdüyü Afrika ölkələrini sammitə dəvət etdiyi halda, Türkiyə, Azərbaycan, eləcə də Avropa Birliyinin üzvü olan Macarıstan kimi demokratik ənənələrə sahib ölkələri “kənarda qoyması” da ABŞ-ın Baydensayağı demokratiyasının nümunəsi idi. Bayden bu addımı ilə sübut etdi ki, “demokratiya” o və komandası üçün ABŞ-ın maraqlarına xidmətdən başqa bir şey deyil.

Yaxud özünü “böyük demokrat” kimi təqdim Bayden 2024-cü ilin dekabr ayında oğlu Hanteri əfv etdi. Halbuki məhkəmə 9 ittiham üzrə təqsirli bilinən oğul Baydenin atası prezident olmasaydı, ABŞ qanunvericiliyinə görə digər amerikalılar kimi 17 il həbs cəzasına məhkum ediləcəkdi. Çünki milyonlarla dollar vergidən yayınmış, həmçinin atasının nüfuzundan istifadə edərək, qeyri-qanuni bizneslə məşğul olmuşdu, adı hətta silah qaçaqmalçılığında hallanırdı. Bayden prezident səlahiyyətlərindən sui-istifadə edərək, oğlunu həbsdən xilas etdi.

Və Oval kabineti tərk etməmişdən dəqiqələr öncə prezident kimi qələmini yenə öz ailə maraqlarına sərf edərək, nə qədər “demokrat” olduğunu sərgilədi, həm də Amerika demokratiyasının üzərini mürəkkəbi ilə ləkələdi. Trampın da dediyi kimi, Baydenin Ağ Evi tərk etməmişdən öncə verdiyi son qərar “bədbəxtlik” idi. Təkcə Baydenin yox, Amerika demokrasiyasının da.

O, imzaladığı qərarla ailə üzvlərini – qardaşı Ceyms Baydeni və həyat yoldaşı Saranı, bacısı Valeri Baydeni və əri Con T.Ouensi və digər qardaşı Frensis Baydeni əfv edib.

Baydenin ailə üzvləri – qardaşı Ceyms və həyat yoldaşı, qardaşı Frensis və bacısı Valeri və həyat yoldaşı ABŞ prezidenti ilə qohumluq əlaqələrindən istifadə edərək, gəlir əldə etməkdə, qeyri-qanuni biznes əlaqələri qurmaqda və bu kimi fəaliyyətlərdə günahlandırılırlar. Respublikaçılar dəfələrlə Bayden ailəsinin qaranlıq biznesinə diqqət çəkmiş və hakimiyyətə gəldiklərində bununla bağlı araşdırma aparacaqlarını bəyan etmişdi. Bayden son anda ailəsini əfv etməklə “onları qoruduğunu” elan etdi. Əslində bu, həm də ailənin qaranlıq bizneslə məşğul olduğunun, qanunları pozduğunun etirafıdır.

Bayden bu qərarı ilə Ağ Evi tərk etməmişdən öncə ABŞ qanunlarına da, demokratik prinsiplərə də sonuncu dəfə “tüpürdü”.

Tarix
2025.01.21 / 09:26
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

İran Azərbaycana hücum etsə, nə olacaq? – Qoqoya cavab

Əliyevdən Trampa: İnanıram ki, yeni prezidentliyiniz dövründə...

İrana hücum olsa, Rusiya nə edəcək? - Mixaylov

Fərid İran casusu ilə dəyişdirilib

İlham Əliyev Davosda Latviya prezidenti ilə görüşdü

Fəridin anası açıqlama yaydı: Vətəninə yağdırılan söyüşlər...

"Qızıl üçbucaq" Azərbaycana təhvil verilir - Kirants sakini

Hərbi cinayətlərdə ittiham olunanların məhkəməsi başladı

Bu, Fransanın siyasi elitasını narahat edirsə... - Zahid Oruc

Fransa müstəmləkəçiliyinə qarşı Bakıda daha bir tədbir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla