Yuxarı

İran rəsmən Xameneinin öldüyünü təsdiqləyəcəkmi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran rəsmən Xameneinin öldüyünü təsdiqləyəcəkmi?

İsrail Baş naziri Benyamin Netanyahunun “Xamenei artıq yoxdur” açıqlamasından sonra “Röyters” İsrail rəsmilərinə istinadən, dini liderin cəsədinin tapıldığını yazır. “Axios” nəşri isə İsrail səfirinin amerikalı rəsmiləri bununla bağlı məlumatlandırdığını bildirir.

Dini liderin zərbə endirilən qərargahının görüntüləri oradan sağ çıxmağın mümkün olmadığını deməyə əsas verir, hərçənd, onun orada olub-olmadığı məlum deyil. Müəyyən detallar isə Xameneinin öldüyünə dair ehtimalları gücləndirir:

- Oğlu Müctəba (Xameneidən sonra dini liderliyə potensial namizədlər arasında idi), gəlini və kürəkəninin öldürüldüyü məlumatı yayılıb: mümkündür ki, dini lider də daxil olmaqla, onlar vurulan qərargahda olublar;

- Xarici işlər naziri Abbas Arakçının Xamenei və digər liderlərin sağ olub-olmadığı haqda suala “bildiyim qədər sağdırlar” cavabı şübhələri artırıb;

- Hücumların başlanmasından az sonra dini liderin xalqa müraciət edəcəyi deyilsə də, heç bir müraciət edilməyib;

Xamenei ölsə də, bunun İran tərəfindən qısa müddətdə təsdiq ediləcəyi ehtimalı azdır. Çünki dini liderin yoxluğu həm rejim daxilində parçalanmaya yol aça, həm də cavab əməliyyatlarını və dirənişi sual altına sala bilər. Hətta rejim dirənə bilsə belə, Xamenei ilə bağlı nə baş verdiyini sona qədər gizlətməyə çalışacaqlar.

Tarix
2026.03.01 / 00:59
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla