Yuxarı

Sərhədimizdə dəhşətli müharibə: İranı nə gözləyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərhədimizdə dəhşətli müharibə: İranı nə gözləyir?

Danışıqların davam etdirilməsi razılığı fonunda İrana zərbələrin endirilməsi diqqəti diplomatik həll yollarının niyə tükəndiyinə çəkir.

Omanda başlanan danışıqlarda ABŞ maksimalist tələblərindən imtina etməsə də, İranın müzakirələri nüvə proqramı çərçivəsində məhdudlaşdırmaq istəyini qəbul etməklə diplomatik həll yollarını axtarırdı. Danışıqların davamında İranın nüvə proqramını davam etdirmək mövqeyindən geri çəkilməməsi tərəflər arasında ziddiyyətləri dərinləşdirdi. Tehranın hərbi ssenarini aktuallaşdıran mövqeyi iki səbəbdən qaynaqlandığı görünür.

- ABŞ-ın maksimalist tələblərini qəbul etmək rejimin təslim olması deməkdir: Tehran imicini qorumaq məqsədilə hətta “simvolik uran zənginləşdirilməsi” variantını da irəli sürdü;

- ABŞ-ın İrana hərbi müdaxiləsinə qarşı həm Vaşinqtonda fikir ayrılığının olması, həm region ölkələrinin qarşı çıxması Tehranın manevr imkanlarını genişləndirirdi.

Tramp Administrasiyası hücuma İsrailin başlanması ilə hərbi müdaxilə ssenarisinə qarşı maneələrdən yayına bildi və Tehranın ABŞ bazalarına zərbələr endirməsi Vaşinqtonun hərbi müdaxiləsini legitimləşdirdi.

İran müharibəsi iki mümkün ssenari üzrə inkişaf edə bilər.

Birincisi, rejim öz mövcudluğunu saxlamaq üçün masadakı tələbləri - nüvə və raket proqramından imtina, zənginləşdirilmiş uranın çıxarılması, proksi qüvvələrə dəstəyin dayandırılması - qəbul edir.

ABŞ-ın ilkin hədəfi olan bu ssenarinin çətinlikləri var.

- Rejimin hərbi-siyasi rəhbərliyi sıradan çıxsa belə, ölkəyə faktiki nəzarət edən SEPAH-ın təslim olacağı ehtimalı azdır;

- Trampın son açıqlamaları ABŞ-ın hakimiyyətin xalqa ötürülməsi hədəfinin ön planda olduğunu deməyə əsas verir;

- İranda SEPAH-ın iştirakı olmadan post-rejim dövrünün qurulması çətindir;

Bu amillər diplomatik həll yollarını məhdudlaşdırır.

İkincisi, müharibənin regional müstəviyə keçməsidir;

Rejimin hərbi yolla devrilməsi quru əməliyyatlarını şərtləndirir, əks təqdirdə, 12 günlük müharibənin təkrarı ola bilər. ABŞ və İsrailin İrana quru əməliyyata başlaması ehtimalı azdır, ölkənin dərinliklərində rejimlə döyüşməyin çətinlikləri də nəzərə alınmalıdır. Bu halda İran daxilində rejim əleyhdarlarının silahlı üsyanı və Suriya ssenarisinin təkrarlanması baş verə bilər ki, bu da müharibəni regional müstəviyə daşıyır.

Tarix
2026.02.28 / 20:22
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla