Yuxarı

İran vətəndaşları Türkiyəyə qanunsuz keçib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran vətəndaşları Türkiyəyə qanunsuz keçib?

Bəzi sosial media hesablarında İran sərhədindən Türkiyəyə qanunsuz giriş edildiyi iddiası ilə paylaşılan görüntülər dezinformasiya xarakteri daşıyır.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzi açıqlama yayıb.

Məlumata əsasən, müəyyən edilib ki, buna dair yayılan görüntülər vaxtı və məkanı naməlum köhnə çəkilişlərdir və son regional hadisələrdən sonra qəsdən yenidən dövriyyəyə buraxılıb.

“Onların Türkiyənin sərhəd xətti ilə əlaqəsinə dair hər hansı konkret sübut mövcud deyil. Bu cür paylaşımlar sərhəd təhlükəsizliyini hədəf alaraq ictimaiyyətdə mənfi rəy formalaşdırmağı məqsəd qoyur. Türkiyənin sərhəd təhlükəsizliyi 24/7 prinsipi əsasında çoxqatlı sistemlərlə fasiləsiz şəkildə təmin olunur. Əsassız iddialara etibar edilməməsi və yalnız rəsmi qurumların açıqlamalarının nəzərə alınması vacibdir”, - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.

Tarix
2026.02.28 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla