Yuxarı

Paşinyanın Bakıdakı məhkəmə ilə bağlı iddiasına - XİN-dən cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

25 yanvar tarixində Ermənistan Baş nazirinin İctimai Televiziyaya verdiyi müsahibədə guya regional eskalasiyaya rəvac vermək məqsədilə separatçı rejimin nümayəndələrinə qarşı psixotrop maddələrin tətbiq olunması ilə bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və tamamilə gülüncdür.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın Baş naziri Nikol Paşinyanın İctimai Televiziyaya müsahibəsi zamanı irəli sürdüyü iddialarla bağlı şərhində deyilir.

“Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub və izah edilib, bütün məhkəmə prosesi və ifadələri qeydə alınıb. Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar müstəqil şəkildə, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən araşdırılıb və bu iddiaların yalan olduğu təsbit edilib.

Ermənistan tərəfindən belə bir bəyanatın verilməsinin, bu ölkənin siyasi rəhbərliyinin bir zamanlar Azərbaycana qarşı təcavüz aktı və siyasətini davam etdirmək naminə bütün vasitələrlə açıq şəkildə dəstəklədikləri şəxslərin hazırda müharibə cinayətləri törətməkdə ittiham olunması ilə əlaqədar davam edən məhkəmə prosesi ilə bağlı nə qədər əsəbi olduğunu nümayiş etdirdiyi aydındır.

Üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edən Ermənistan Baş nazirinin ölkəmizin ərazilərində saxladığı qondarma rejimi təbliğ etdiyini və 2 sentyabr 2023-cü il tarixində, nümayəndələrinin Azərbaycan tərəfindən məsuliyyətə cəlb edilməsindən bir neçə həftə əvvəl, separatçı xunta rejimini qondarma "müstəqillik" münasibətilə təbrik etdiyini heç kim unutmayıb.

Ermənistanın işğalçı və təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və bir sıra qanunsuz əməlləri danılması mümkün olmayan faktdır. Beləliklə, bu əməllərdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması, siyasi manipulyasiya ilə xələl gətirilə bilinməyəcək qədər haqq işidir”, - A.Hacızadə bildirib.

Tarix
2025.01.26 / 14:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı bu silahları təqdim etdi - Rusiya kanalı "narahat" oldu

“Qazprom” dünya nəhəngi idi: hazırda onun qiyməti şok edir

SEPAH Zəngəzurdan əl çəkmir: NATO, sionist və pantürkistlər...

Rəsmi Bakı bu ölkəni təbrik etdi

Pezeşkiandan Azərbaycanla bağlı çağırış

Azad edilmiş ərazilərdə radioaktiv maddələr aşkarlandı

Suriya və İsrail Bakıda danışıqlar aparıb - Hacıyev

Təyyarəmizin vurulması: Rusiyadan bunu gözləyirik!

Bakının 1 gündə 2 jestinə Rus Ayısının cavabı: Bu, tarixi şansdır!

Erməniləri Qarabağdan qovmamışıq - Hikmət Haciyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla