Yuxarı

Orxanın atası: Edam olunanda gözlərinə baxmaq istəyirəm...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Orxanın atası: Edam olunanda gözlərinə baxmaq istəyirəm...

Oğlumun qatilinin edamında iştirak edəcəyəm.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun atası Rizvan Əsgərov bildirib.

O vurğulayıb ki, edamla bağlı qərar sayəsində az da olsa, təskinlik tapıb:

"İki ildir bu hökmün verilməsini gözləyirdik. Nəhayət, bir neçə gün əvvəl mətbuatda belə bir məlumat yayıldı ki, qatilin ölüm hökmü İran Ali Məhkəməsi tərəfindən təsdiq olunub. Ağrı hər zaman ürəyimizdə qalacaq. Sadəcə, övladımın qatili layiqli cəzasını alıb deyə, insanın ürəyində bir az yüngüllük hissi yaranır. Hökmün nə zaman icra olunacağı bu ölkənin hüquq-mühafizə orqanlarının işidir. Yəqin ki, bizə məlumat veriləcək".

R.Əsgərov oğlunun qatilinin edamını izləmək üçün İrana gedəcəyini deyib:

"Oğlumun qatilinin edamında iştirak edəcəyəm. Mən yenə deyirəm, qatil edam olunarkən onun gözlərinin içinə baxmaq istəyirəm. Ən böyük arzum budur. Qoy, o, hər bir əməlin bir hesabı olduğunu və bunu ödəməli olduğunu anlasın".

Orxanın atası qatilin əfvi ilə bağlı hər hansı müraciət ediləcəyi təqdirdə, nə qərar verəcəyindən də danışıb:

"Mən bir kənara dururam. Hansı valideyn onu əfv edər? Ən aşağı səviyyəli insan belə övladının qatilini əfv etməz. Özü də bu dövlətə qarşı terror törədib, səfirliyə girib, insanların hamısını qırmaq fikrinə düşüb. Onu əfv etmək olar? Onun bir cəzası var, o da edamdır!"

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb. Onun barəsində 2024-cü ilin fevral ayında edam hökmü çıxarılıb.

Yasin Hüseynzadənin edam olunması ilə bağlı qərar İranın Ali Məhkəməsi tərəfindən bir neçə gün öncə təsdiqlənib.

Tarix
2025.01.27 / 13:15
Müəllif
Axar.az
Digər xəbərlər

Milli Məclisin plenar iclası başladı

XİN Pakistanda terror hücumlarını pislədi

İlham Əliyev Pezeşkiana niyə zəng etdi? - Səbəbi

Bitkoin kəskin ucuzlaşdı

Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar

Gərginliyin aradan qaldırılmasına töhfəyə hazırıq - Prezident

İlham Əliyev Pezeşkiana zəng etdi

Xankəndidə neçə erməni yaşayır?

İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla