Yuxarı

Meymunçiçəyi ilə bağlı bu məlumat niyə gizli saxlanılır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Meymunçiçəyi ilə bağlı bu məlumat niyə gizli saxlanılır?

Azərbaycana meymunçiçəyi virusunun başqa ölkədən gəlməsinin, rəsmi açıqlama tərzində desək, “sərhədimizdən sirayət etməsinin” qarşısını almaqla məşğuluq.

Rəsmi qurumun yaydığı məlumatda xüsusilə bildirilir ki, ÜST-ün siyahısı var, orda riskli ölkələr müəyyən edilib, həmin siyahı üzrə də o ölkələrdən gələn sərnişinlər və yaxud ölkə vətəndaşları xüsusi yoxlanılır, sağlam olub-olmamasına diqqət yetirilir.

Adam qürur duyur, sevinir, fərəhlənib göylərə uçur: məxsusən Azərbaycanda bir nəfərdə meymunçiçəyi xəstəliyi aşkarlanandan sonra bu nəzarət tədbirlərinin yüksəldilməsi çox-çox mühümdür. Daha bir “ələlxüsus” da var: Azərbaycan vətəndaşı meymunçiçəyi virusuna xarici ölkədə cinsi yolla yoluxub və bu, rəsmi qurumlarımız üçün həyəcan siqnalı olub.

Gözəl! Bəs, hansı ölkə və ya ölkələr?

Müvafiq dövlət qurumumuz “sərhəddən sirayətin” qarşısını almaq üçün ÜST-ün məlumatları əsasında riskli ölkələrin müəyyənləşdirdiyi siyahısını yaymağı unudub.

Bu siyahını yaymaq, riskli olan ölkələrə səfər edən vətəndaşlarımıza çağırış etmək daha normal deyilmi? Bəlkə həmin səyahətçilər səfərdən ümumiyyətlə imtina edəcəklər?

Həmin quruma müraciət edirik ki, ÜST-ün məlumatları əsasında müəyyənləşdirdiyiniz siyahını təqdim edə bilərsinizmi?

Cavab verirlər ki, bizdə belə siyahı yoxdur!

Necə gözəl labirint! Necə unikal tapmaca! Axı yayılan məlumatda “o siyahı”dan bəhs edilər və o siyahı üzrə riskli ölkələrdən gələn şəxslərin “daha ciddi” yoxlanılmasından danışılır?!

“Səhiyyə Nazirliyinə müraciət edin” cavabını alıb, “təlimata uyğun” davanırıq. SN-in cavabı gəlir: “Bizdə niyə elə siyahı olmalıdır? Biz yalnız ölkə daxilindəki vəziyyəti nəzarətdə saxlayırıq”.

Beləliklə, Azərbaycanın müvafiq dövlət qurumlarının hansı ölkələri mehmunçiçəyi ilə bağlı “riskli” saydığı döndü Kennedinin sirli qətlinə!..

Tarix
2025.01.27 / 14:20
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Bayramov Ər-Riyadda çıxış etdi: Naxçıvana PUA hücumu...

Bayramov Ərəbistanda İshaq Darla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Bu, böyük xoşbəxtlikdir - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla