Yuxarı

Qəzanın ilkin hesabatı: Rus mediası, görün, necə yaydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzanın ilkin hesabatı: Rus mediası, görün, necə yaydı

Rusiya federal mediası AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı ilkin hesabatın işıqlandırılmasını minimuma endirib, mümkün hava hücumundan müdafiə zərbəsini yazmaqdan yayınıb.

Axar.az xəbər verir ki, bu barədə “Minval” məlumat yayıb.

"Birinci kanal" mövzuya 1 dəqiqə 20 saniyə ayıraraq, təyyarənin “texniki problemləri”nə diqqət yetirib. “Rusiya 1” özünü 42 saniyə ilə məhdudlaşdıraraq ehtiyatla “xarici təsir”i qeyd edib, lakin ekipajın marşrutu (Aktauya istiqamətlənməsini – red.) özünün seçdiyini vurğulayıb.

TASS qəzanın vaxtı və təyyarənin texniki xüsusiyyətləri barədə danışmağa üstünlük verib, ancaq gövdəyə dəyən ziyanı qısaca qeyd edib.

RT, “Readovka”, “İnterfaks” və “RİA Novosti” nəşrləri saxta xəbər yayıb ki, guya dispetçerlər ekipajı Qroznıda “xalça” planının tətbiqi ilə bağlı xəbərdar ediblər. Lakin hesabat sübut edir ki, zərbədən və texniki problemlər yarandıqdan sonra dispetçer əlaqə saxlayıb. Oxşar taktikadan “Sputnik Azərbaycan” da istifadə edib, o, diqqəti başqa yerə yönəldib və rus hekayəsi ilə oynayaraq ictimaiyyəti çaşdırmağa çalışıb.

Tarix
2025.02.05 / 11:49
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla