Yuxarı

Riyakar rus təbliğatı bununla özünü ifşa edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Riyakar rus təbliğatı bununla özünü ifşa edir

Təyyarə qəzası ilə bağlı Rusiyanın mövqeyi, lap əvvəldən götürdüyü riyakar xətt - bütün bunlar hamısı Azərbaycanda, hətta dünyada məlumdur. Dünyanın mediası da təyyarənin Rusiyada vurulduğunu qeyd edir, bu məlumatı yayır. O ki qaldı Rusiya mətbuatının hesabatla bağlı xəbər siyasətinə, dünyanın ən manipulyativ mətbuatı, televiziyası, media strukturları Rusiyadadır.

Bu sözləri Axar.az-a media eksperti Qulu Məhərrəmli rus mediasının qəzanın ilkin hesabatı ilə bağlı xəbər siyasətini şərh edərkən deyib.

O, yalan fabrikinin Rusiyada olduqca güclü bir şəkildə işlədiyini vurğulayıb:

“Qazaxıstan hesabatı çap edib, qara qutu açılıb, oradakı məlumatlar hər kəsə məlumdur. Bu qədər faktların bolluğu şəklində belə Rusiya mətbuatı həqiqəti gizlətməyə çalışır. Bu söhbətlər “üzrü günahından böyük” təsiri bağışlayır. Bir daha Rusiyanın necə qorxulu, riyakar siyasət yeritdiyinin şahidi oluruq. Ölkə siyasəti necədirsə, mətbuat da onun güzgüsü kimi çıxış edir və bu cür yalanlar püskürür. Təyyarə qəzası mövzusu Azərbaycanda hər kəs üçün aydın və bitmiş bir mövzudur. Biz bu təyyarənin Rusiyanın Hərbi Hava Qüvvələri tərəfindən vurulduğuna tam əminik. Bu barədə ekspert rəyləri, faktlar, sübutlar var. Ona görə də Rusiyanın bu şəkildə çabalamasının, informasiya siyasəti aparmasının heç nəyə faydası yoxdur”.

Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qroznıda Rusiya HHM sistemi vasitəsilə vurulub. Enişinə icazə verilmədiyindən Qazaxıstana üz tutan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Qəza ilə bağlı ilkin hesabat ötən gün yayılıb. Hesabatda təyyarənin Qroznı səmasında kənar müdaxiləyə məruz qalması və ciddi zədələnməsi səbəbindən qəzaya uğradığı təsdiqlənib.

Tarix
2025.02.05 / 13:12
Müəllif
Aytac Araz
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla