Yuxarı

Bakının bu addımını heç vaxt unutmayacağıq - Ukrayna səfiri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının bu addımını heç vaxt unutmayacağıq - Ukrayna səfiri

6 fevral 2025-ci il tarixində Ukrayna ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünü qeyd edirik. Bu mühüm tarix ölkələrimiz arasında dostluğu, qarşılıqlı dəstəyi və strateji tərəfdaşlığı simvollaşdırır. Biz üç onillik ərzində siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əlaqələri möhkəmləndirmişik, gələcək əməkdaşlıq üçün möhkəm təməllər qoymuşuq.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyevin Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünə həsr olunmuş məqaləsində deyilir.

Səfirin sözlərinə görə, iki ölkə arasında diplomatik münasibətlərin dərin tarixi kökləri var: “Hələ 1918-ci ildə Ukrayna dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında rəsmi diplomatik əlaqələr qurulmuşdu ki, bu da müasir tərəfdaşlığın əsasını təşkil edirdi. Bu tarixi irs xalqlarımız arasında uzunmüddətli dostluq əlaqələrinin mühüm sübutudur”.

Diplomat bildirib ki, Ukrayna və Azərbaycanın müstəqilliyinin ilk günlərindən xalqlarımız həmişə bir-birini dəstəkləyiblər, eyni zamanda, ölkələrimiz ardıcıl olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, beynəlxalq hüququn əsas prinsiplərini müdafiə edir.

“Azərbaycan Ukrayna üçün ticarət və energetika sahəsində etibarlı tərəfdaşdır. Dövlətlərimiz arasında mal və xidmətlərin dövriyyəsi 2022-ci ildə xeyli azalmadan sonra bərpa olunur və tədricən artır, nəqliyyat dəhlizinin inkişafı kimi strateji infrastruktur layihələri isə biznes və regional əməkdaşlıq üçün yeni imkanlar açır.

Humanitar əlaqələr də eyni dərəcədə vacibdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən, 5 fevral 2025-ci il tarixində Ukraynanın enerji sistemi üçün enerji avadanlıqlarına növbəti yardımın ayrılması haqqında sərəncam imzalayıb. Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun ilk günlərindən Azərbaycan ərazilərin minalardan təmizlənməsinə dəstək verir, humanitar yardım göstərir. Biz səmimi qəlbdən minnətdarıq, bunu çox yüksək qiymətləndiririk və heç vaxt unutmayacağıq”, – Yuri Husyev əlavə edib.

Tarix
2025.02.06 / 13:49
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Ermənistan ən dinc dövrü yaşayır - Nazir

Bayramov Vyanada "Tramp marşrutu"ndan danışdı

İrəvan danışıqlara dair sənədləri yaydı - Rusiyadan etiraz

Mirzoyan Hakan Fidanla görüşdü

Uitkoff-Putin görüşünün detalları açıqlanmayacaq - Zaxarova

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşdü

Ermənistanın turizm sektoru rekorda yüksəldi - Bakıya görə

Bayramov Kallasla görüşdü

Arakçı Azərbaycana gəlir

Bayramov Stiven Dauti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla