Yuxarı

Tramp və Putinin gizli planı: Zelenski silinir, əvəzində...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp və Putinin gizli planı: Zelenski silinir, əvəzində...

Son günlər Zelenski və Tramp arasında emosional və gərgin söz atışmasını müşahidə edirik.

Axar.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərli bildirib.

O, baş verənləri bu cür xarakterizə edib:

1. Əgər bu günə qədər Zelenskiyə Vens, Mask, Trampın oğlu və digərləri hücum çəkirdilərsə, indi bu “yürüş”ə şəxsən Tramp rəhbərlik edir. Ər-Riyad görüşündən sonra Tramp başda olmaqla, bütün komandası var gücüylə Zelenskini vurur;

2. Zelenskiyə qarşı yazılan son statusda Tramp çox vacib ifadə işlətdi: “Mən Ukraynanı sevirəm, amma Zelenski hər şeyi batırdı”.

3. Əgər əvvəl Trampın komandası Ukraynanı günahlandırırdısa, son mütəşəkkil hücumda hədəf sırf Zelenskidir, Ukraynanın adı demək olar ki, çəkilmir.

“Görünən odur ki, ABŞ və Rusiya nümayəndə heyətləri arasında Ər-Riyad görüşü heç də nəticəsiz olmayıb. Görüş başa çatanda “Foks” xəbər verdi ki, tərəflər “Ukrayna üzrə 3 mərhələli həll planı” hazırlayıblar. Daha sonra “Foks”un Ağ Evə yaxın jurnalisti (Ceki Henrix) və Avropa Parlamentinin deputatı Sergey Lagodinski o planı açıqladılar.

3 mərhələdən ibarət budur:

1. Dondurulma;

2. Seçkilər;

3. Rusiya və Ukrayna arasında saziş.

Planın yekun hədəfi Zelenskinin siyasi fiqur olaraq aradan qaldırılmasıdır və Rusiya ilə danışıqlara daha açıq birisinin Ukraynada hakimiyyətə gəlməsidir. Bu səbəbdən də Ər-Riyad görüşündən sonra Zelenski şəxsən Trampın hədəfindədir və Tramp bütün diqqəti məhz seçkilərin zərurətinə və Zelenskinin aşağı reytinqinə yönəldir”, - politoloq vurğulayıb.

Onun fikrincə, əslində yeni bir düstur yoxdur, mahiyyət etibarı ilə eyni yol-xəritəni Tramp-Putin cütlüyü Trampın 1-ci prezidentliyi dövründə seçmişdi və Ukraynanın Rusiyanın orbitinə qayıtması üçün Pompeo-Lavrov planı vardı:

“Eyni dəst-xətt, eyni strategiya, eyni işbirlik, eyni hədəf... Amma bu səfər qarşılarında Zelenski durur”.

Tarix
2025.02.20 / 10:39
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov həmkarı ilə telefonla danışdı

Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video

Azərbaycan və İran arasında mühüm müzakirə

Avropadan Kərimlinin həbsinə reaksiya hamını heyrətləndirdi

Minsk qrupu niyə məhz 1 dekabrda ləğv edildi?

Qeyri-formal məşğul şəxslər belə müəyyən ediləcək - Nazir

Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yaydı

Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya

Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?

Estoniya Bakıda səfirliyini bu tarixdə açacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla