Yuxarı

Bakıda müsadirə edilən “Rolls Roys” kimindir? – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda müsadirə edilən “Rolls Roys” kimindir? – Foto

Bakıda hərraca çıxarılacaq “Rolls Roys”un sahibi bəlli olub.

Axar.az “Yeni Sabah”a istinadla xəbər verir ki, məhkəmə qaydasında müsadirə edilən 99-AF-009 dövlət nömrə nişanlı lüks avtomobil azərbaycanlı iş adamı, “Avrohom” (Eurohome) ticarət mərkəzinin rəhbəri, həmçinin AF Holdinq Şirkətlər Qrupunun prezidenti Azay Möhnətova məxsusdur.

Dövlət nömrə nişanındakı AF hərfləri bunu ifadə edir.

Mediada yer alan məlumatlardan məlum olur ki, Azay Möhnətov həmçinin “AF Hotel Aqua Park”ın, “Uğur-97” şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvüdür.

Qeyd edək ki, ötən gün Bakıda "Rolls Roys Ghost” avtomobilinin hərraca çıxarılması ilə bağlı elan paylaşılıb. Lüks avtomobilin minimal satış qiymətinin 262 500 manat, ilkin qiymətinin isə 375 min manat olduğunu açıqlanıb. 2014-cü ilə aid olan ağ gümüşü rəngli, 6,6 l. mühərrik həcmli “Rolls Roys Ghost” 75 min kilometr yürüş edib.

Avtomobilin ilk hərracı martın 6-da keçiriləcək.

Xatırladaq ki, bu tipli hərraclar məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı əmlakın hərracda satılması yolu ilə tələbin ödənilməsi məqsədilə icra məmurlarının sifarişi əsasında həyata keçirilir. Adətən bankda girov qoyulan əmlaklar bu qayda ilə satılır.

Tarix
2025.02.20 / 22:01
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevlə Paşinyan Davosda görüşdü - Foto

Fransina Armenqol Sosias Azərbaycana gəldi

Əliyevin Davos səfəri ilə bağlı daha bir paylaşım - Video

Elçin Əmirbəyov Şekerinska ilə sülh prosesini müzakirə etdi

Prezidentin İsveçrə səfəri ilə bağlı görüntülər paylaşıldı - Video

Davosda Zelenski və Tramp arasında görüş keçirildi

İlham Əliyevin adından saxta açıqlama yayıldı

Əliyevlə Tramp Davosda görüşdü - Foto

Prezident Davosda mühüm tədbirdə iştirak etdi - Foto

İlham Əliyev Davosda bu sənədi imzaladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla