Yuxarı

İş yerini dəyişmək istəyən müəllimlərə mühüm xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsinə start verilib.

Bu barədə Axar.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq 3 tədris ili çalışan şəxslər iştirak edə bilərlər.

Müəllimlər təhsilverənlərin sertifikatlaşdırılması (test və müsahibə mərhələsində uğur qazananlar), müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.

Müəllimlər 10 aprel saat 11:00-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Müsabiqə şərtlərinə uyğun olaraq, sosial amillərlə bağlı elektron ərizəyə aşağıdakı sənədlər yüklənilməlidir:

Əri və ya arvadı hərbçi olduqda:

- nikah haqqında şəhadətnamənin surəti;

- ər və ya arvadın hərbçi olduğunu təsdiq edən vəsiqə və ya arayışın surəti.

Şəhid ailəsi üzvü olduqda:

- şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənəd və ya vəsiqənin (doğum haqqında şəhadətnamənin) surəti;

- İş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə:

- həmin ərazidə yaşadığını və ya qeydiyyatda olduğunu təsdiq edən sənədin surəti.

Yuxarıda qeyd olunan şərtləri ödədikdə:

- sosial amilləri təsdiq edən bütün sənədlərin surəti.

Qeyd olunan amilləri təsdiq edən sənədlərin hər birini bir vahid faylda toplayaraq elektron ərizənizə yükləməyiniz tələb olunur.

Tarix
2025.04.04 / 12:38
Müəllif
Axar.az
Digər xəbərlər

Şaranı devirmək, Türkiyəni sıxışdırmaq... - Yeni plan

İlham Əliyev Belçika Kralını təbrik etdi

İranda Allaha inanmayanların sayı... – Heyrətamiz nəticə

Britaniya şirkəti Qarabağda filiz hasilatına başladı

Rusiya Kiyevdə Azərbaycan səfirliyinin yaxınlığını bombaladı

Azərbaycan bayrağı Ermənistanda trend oldu - Foto

Əliyev Rusiyadan rəsmi etiraf tələb etdi - Xarici KİV

Forumun Xankəndidə keçirilməsi... – Vəliyev

Türklər Zəngəzuru bu cür ələ keçirəcək: Batum kimi...

Ukraynalı jurnalist Əliyevə görün nə hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla