Yuxarı

Bakı ilə birgə irimiqyaslı layihəyə başlamışıq - Tokayev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı ilə birgə irimiqyaslı layihəyə başlamışıq - Tokayev

Qazaxıstan Özbəkistan və Azərbaycanla birgə irimiqyaslı enerji layihəsinin həyata keçirilməsinə başlayıb. Bu layihəyə əsasən Xəzər dənizinin dibi ilə kabel xətti çəkiləcək və Avropa bazarlarına yaşıl enerji ixrac olunacaq.

Axar.az xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Səmərqənddə keçirilən “Mərkəzi Asiya-Avropa Birliyi” Samitində çıxış edərkən deyib.

O bildirib ki, bu layihə həm Mərkəzi Asiya, həm də Avropa üçün çox əhəmiyyətlidir.

Prezident qeyd edib ki, Avropa Birliyinin iqtisadiyyatı üçün zəruri olan 34 növ məhsulun 19-u Qazaxıstanda istehsal olunur.

“Uran, titan, mis, volfram, kobalt, litium kimi məhsulların Avropaya göndərilməsi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadə olunur. Bu marşrutla yükdaşımanın həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb və 2027-ci ildə 10 milyon tona çatacaq. “Global Gateway” strategiyası Mərkəzi Asiya ölkələri, Qərb ilə Şərq arasında birləşdirici funksiyaya malikdir. Bundan səmərəli istifadə hər iki region üçün əhəmiyyətlidir”, - deyə Tokayev bildirib.

Tarix
2025.04.04 / 21:43
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla