Yuxarı

Türk ölkələrinin Türkiyəyə qarşı siyasəti - Nə baş verir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk ölkələrinin Türkiyəyə qarşı siyasəti - Nə baş verir?

Qazaxıstandan sonra Türkmənistanın da Kipr Respublikasında səfirlik açması türk dövlətlərinin Şimali Kipr məsələsindəki mövqeyini yenidən gündəmə gətirib.

Məsələ ilə bağlı Axar.az-a danışan türkiyəli politoloq Engin Özər bildirib ki, bu addımlar əsasən iqtisadi maraqlardan qaynaqlanır və burada qeyri-adi heç nə yoxdur.

Politoloqun sözlərinə görə, Avropa Birliyi, xüsusilə Fransa bu regiona ciddi investisiyalar yatırır və bu da türk dövlətlərinin Kipr Respublikası ilə əlaqələr qurmasına səbəb olur:

“Türkmənistandan belə bir addımın gəlməsi təəccüblü deyil. Türkmənistan və Türkiyə münasibətləri də, əslində, o qədər də qardaşlıq xarakterli deyil. Bu məsələ bir qədər şişirdilir”.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı Şimali Kiprə qarşı atılan bu addıma ciddi reaksiya verməyəcək:

“Türk Dövlətləri Təşkilatı (TDT) mədəni bir quruluş olaraq qalacaq, siyasi təşkilata çevrilməsi isə çətindir. Türkiyənin hər diplomatik addımı Rusiya ilə münasibətləri riskə atdığı üçün üzv ölkələr bu mövzuda daha ehtiyatlı davranır. Artıq Türkiyənin bu məsələdə ciddi gözləntisi olmamalıdır. Bu ölkələrin heç biri Türkiyənin bu mövqeyini açıq şəkildə dəstəkləmir. Heç bir ölkə bu istiqamətdə təşəbbüs göstərmir. Şimali Kipr məsələsini Türkiyə özü həll etməlidir. Cənubi Kipr isə beynəlxalq aləmdə tanınır və Şimali Kipr də əksər dövlətlər tərəfindən onun bir hissəsi kimi qəbul olunur. Hazırkı diplomatik vəziyyət belədir”.

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Türkiyə türk dövlətlərindən Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanmasını istəyirdi, ancaq bu, baş vermədi:

“Belə anlamaq olar ki, Orta Asiya ölkələrinin Şimali Kipri tanımaq niyyəti yoxdur. Hətta TDT-yə üzvlük məsələsində də bu ölkələr Şimali Kiprin qarşısını alırlar. Əgər bu dövlətlər sonradan Şimali Kipri tanımaq niyyətindədirlərsə, ən məntiqli addım hər iki tərəfi – həm Cənubi, həm də Şimali Kipri eyni vaxtda tanımaq olardı. Ən narahatedici məqam isə ondan ibarətdir ki, adıçəkilən ölkələr Kipr Respublikasında səfirlik açmaq və əlaqələri genişləndirmək istəyirlər. Ankara bu məsələdə Mərkəzi Asiyadakı tərəfdaşları ilə ciddi dialoqa başlamalıdır”.

Tarix
2025.04.08 / 08:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İlham Əliyevə bu məlumatı verdim - Bayraqdar

Kreml Türkiyəni bu cür hədələdi – Nə baş verir?

ABŞ İranda elə yerlərə zərbə endirdi ki...

Zakir Həsənov Səlcuq Bayraqdarı qəbul etdi - Foto

Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab

Türkiyənin "Ay Ulduz"u: Pentaqondan 3 dəfə böyük...

Mustafayev Bayraqdarla hərbi əməkdaşlığı müzakirə etdi

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla