Yuxarı

Xanlar Vəliyev kollektivə təqdim edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xanlar Vəliyev kollektivə təqdim edildi

Konstitusiya Məhkəməsində hakim Rafael Qvaladzenin səlahiyyət müddətinin başa çatması və Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə məhkəmənin yeni təyin edilmiş hakimi Xanlar Vəliyevin kollektivə təqdim olunması ilə bağlı tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxışında Rafael Qvaladzenin tanınmış hüquqşünas kimi hüquqi dövlət quruculuğu, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində uzun illər məsul vəzifələrdə uğurlu fəaliyyətindən, məhkəmə-hüquq sistemində xidmətlərindən bəhs edərək, onun Konstitusiya Məhkəməsinin hakimi kimi hər zaman yüksək peşəkarlıqla fərqləndiyini, insan hüquq və azadlıqlarının müdafiəsi, milli qanunvericiliyin Konstitusiyanın müddəaları nəzərə alınmaqla təkmilləşməsi və müxtəlif sahələrdə hüququn tətbiqi təcrübəsinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini vurğulayıb.

Fərhad Abdullayev Prezident İlham Əliyevin Sərəncamı ilə təltif edilən Rafael Qvaladzeyə məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib.

Daha sonra sədr yeni təyin olunmuş hakimi kollektivə təqdim edərək bu təyinatın rəhbərlik etdiyi qurum üçün önəmini vurğulayıb və Xanlar Vəliyevi təbrik edərək ona gələcək hakim fəaliyyətində uğurlar arzulayıb.

Xanlar Vəliyev ona göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, gələcək hakim fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Tarix
2025.04.14 / 18:33
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla