Yuxarı

Azərbaycanlılar vahid qüvvəyə çevriliblər - Oyta

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlılar vahid qüvvəyə çevriliblər - Oyta

Dünya Azərbaycanlılarının IV Qurultayı bütün dünyada yaşayan azərbaycanlıların müstəqil dövlətimiz ətrafında daha sıx birləşməsində mühüm rol oynayacaq.

Axar.az xəbər verir ki, bu sözləri AzərTac-ın Avstraliya üzrə xüsusi müxbirinə müsahibəsində Avstraliya Azərbaycanlıları Assosiasiyasının prezidenti Mikayıl Oyta deyib.

Dünya azərbaycanlılarını növbəti toplantı vasitəsilə təbrik edən M.Oyta bildirib ki, son illərdə diaspor quruculuğu sahəsində mühüm uğurlar qazanılıb. Həmin uğurların əsası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2001-ci ildə, Dünya Azərbaycanlılarının I Qurultayında ümummilli lider Heydər Əliyev tarixi, dərin məzmunlu nitqini xatırladan Assosiasiya prezidenti vurğulayıb ki, məhz bu qurultaydan sonra Azərbaycan diasporu mütəşəkkil bir qüvvəyə çevrilməyə başlayıb. Bu gün dünyanın istənilən ölkəsində yaşayan azərbaycanlılar ümumi amallar naminə birləşərək vahid qüvvəyə çevrilib. Diasporumuz, o cümlədən Avstraliyada yaşayan azərbaycanlıların diaspor təşkilatları Azərbaycanın haqq səsinin bütün dünyada eşidilməsində, ölkəmizlə bağlı həqiqətlərin yayılmasında əlindən gələni edir. Dünya Azərbaycanlılarının IV Qurultayında Prezident İlham Əliyevin tarixi nitqi hər bir diaspor üzvü üçün qarşıda duran vəzifələrin müəyyən edilməsində əsl istiqamətverici və proqram xarakterli oldu. Bu nitq bir daha göstərdi ki, gənc Azərbaycan artıq qüdrətli dövlətə çevrilib və regionda heç bir böyük layihə onun iştirakı olmadan həyata keçirilə bilməz.

Azərbaycan Ordusunun aprelin əvvəllərində erməni təxribatına cavab olaraq həyata keçirdiyi uğurlu hərbi əməliyyatları xatırladan avstraliyalı həmyerlimiz bildirib ki, Prezident İlham Əliyevin də dediyi kimi, əsgərlərimizin bu qələbəsi bütün dünyada yaşayan azərbaycanlıların böyük sevincinə səbəb olub. Bütün dünya Azərbaycan Ordusunun işğal altında olan torpaqları azad etmək qətiyyətinin və əzminin şahidi oldu. Diaspor üzvləri isə əmin oldular ki, əgər Ermənistan işğal etdiyi torpaqları danışıqlar yolu ilə qaytarmasa, qəhrəman Azərbaycan Ordusu bu torpaqları qısa müddətdə geri qaytara bilər. Biz Ordumuzla fəxr edirik. Yaşasin Odlar Yurdu Azərbaycan!

Tarix
2016.06.04 / 23:25
Müəllif
Axar.az
Digər xəbərlər

Türk ölkəsində Azərbaycanla bağlı yenilik

Alman qonağı Bakıda heyrətləndirən bina - Foto

Azərbaycanla Keniya arasında memorandum imzalandı

Ən yüksək əmək haqqı bu sahədədir - Deputat

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla