Yuxarı

Nazirimiz Rusiyanın fəxri dəmiryolçusu oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirimiz Rusiyanın fəxri dəmiryolçusu oldu

Azərbaycanın Nəqliyyat Nazirliyində Rusiyanın Nəqliyyat naziri Maksim Sokolovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Axar.az Nəqliyyat Nazirliyinin saytına istinadən məlumat verir ki, nümayəndə heyətini qəbul edən Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycanda son illər ərzində nəqliyyat-yol kompleksində görülmüş işlər barədə rusiyalı həmkarına ətraflı məlumat verib. Görüş zamanı Azərbaycan - Rusiya dövlət sərhədindən Samur (Azərbaycan Respublikası) - Yaraq-Qazmalar (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi barədə müzakirələr aparılıb. Bu körpününü Azərbaycan və Rusiya arasında beynəlxalq avtomobil daşımalarını təmin edən nəqliyyat sisteminin əsas halqası olduğu vurğulanıb və qeyd edilib ki, yeni körpü keçidi iki ölkə arasında avtomobil daşımalarının asanlaşmasına, məntəqənin buraxılış qabiliyyətinin, eləcə də yükdaşımaların həcminin artmasına xidmət göstərəcək.

Görüşdə, həmçinin Rusiya ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin mövcud vəziyyəti, dəniz limanları və avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın perspektivləri, həmçinin ikitərəfli əlaqələrin digər aspektləri və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Rusiyanın Nəqliyyat naziri M.Sokolov nazir Z.Məmmədova "Rusiya Federasiyasının fəxri dəmiryolçusu" döş nişanını təqdim edib.

Tarix
2016.06.08 / 22:49
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla