Yuxarı

Milli Məclis Almaniyaya etiraz məktubu göndərir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli Məclis Almaniyaya etiraz məktubu göndərir

Milli Məclisdə Almaniya Bundestaqına etiraz məktubu göndərilməsi təklif olunub.

ANS-in məlumatına görə, Milli Məclisin növbədənkənar iclasına toplaşan millət vəkilləri qondarma erməni soyqırımını tanıdığına görə Almaniya Bundestaqına etiraz etməyə hazırlaşır.

Deputatlar Bundestaqın atdığı addımı tənqid ediblər.

"Bu məsələnin parlamentə qaldırılmaması düzgün olmazdı. Təklif edirəm ki, ya dostluq qrupu səviyyəsində, ya da Milli Məclisin ümumi plenar yığıncağının bütün millət vəkillərinin adından qondarma soyqırımın tanınması ilə bağlı biz Almaniya parlamentinə öz etirazımızı bildirək", - deyə Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.

Millət vəkili Qənirə Paşayeva Almaniyanın ATƏT-in Minsk qrupunun üzvü olduğunu xatırladaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rol oynayan bir təşkilatın üzvünün belə bir yalanları qəbul etməsinin doğru olmadığını bildirib.

"Təbii ki, bu, bizi çox narahat etməklə bərabər Almaniyanın özünün neytral və obyektiv missiyasına zərbə vurur. Odur ki, belə bir müraciətin göndərilməsinin müsbət olacağını düşünürəm", - deyə deputat əlavə edib.

Tarix
2016.06.14 / 22:34
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür

Azərbaycan İranı əmin etdi: Hava məkanımız...

Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat

Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan

ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi

Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan

95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!

Cekson-Venik düzəlişi Azərbaycanın üzərindən qaldırıla bilər

Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…

Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla