Yuxarı

Ermənistanın Baş Qərargah rəisi də işğalda iştirak edib - Sübut

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanın Baş Qərargah rəisi də işğalda iştirak edib - Sübut

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Araik rutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 23-də davam etdirilib.

Axar.az xəbər verir ki, məhkəmə prosesində Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistanın təşəbbüsü ilə yaradılan “Şuşa əlahiddə taboru”nun tərkibində xarici ölkələrdən gələn şəxslərin iştirakını ifşa edən videomaterial tədqiq olunub.

Kadrlarda bildirilir ki, Ermənistandan və dünyanın müxtəlif yerlərindən, o cümlədən ABŞ-dan, Kanadadan, Suriyadan gələn 210-dan artıq daşnak və könüllü tərəfindən 1991-ci il noyabrın 5-də “Şuşa əlahiddə taboru” yaradılıb.

Videomaterialda Movses Akopyan (2016-2018-ci illərdə Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi olub – red.) çıxışında onların hərbi hissələrinin əməliyyatlarından danışıb və bildirib ki, xüsusən də Horadiz istiqamətində döyüşlərdə iştirak ediblər: “Bu gün xidmət edən zabitlər xəritə üzərindən görə bilərlər ki, Qaraxanbəyli istiqamətində düşmənin dərinliyinə doğru irəliləmişik. Tabor Əsgəran, Şuşa, Xocavənd, Ağdərə, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Zəngilan əməliyyatlarında iştirak edib”.

Tarix
2025.05.23 / 21:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla