Yuxarı

Azərbaycan yeganə müsəlman ölkəsidir ki... – İsrail səfiri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan yeganə müsəlman ölkəsidir ki... – İsrail səfiri

Azərbaycan İsrailin ən etibarlı tərəfdaşlarından birinə çevrilib; iki ölkə arasında münasibətlər hazırda öz inkişafının pik dövrünü yaşayır ki, bu da hər iki ölkə və xalqlar üçün böyük əhəmiyyət kəsb edir.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu diplomatik missiyasını başa vurmaqda olan İsrailin Azərbaycandakı səfiri Corc Dik “Yerusəlim Post”a müsahibəsində deyib.

O vurğulayıb ki, apardıqları sorğular Azərbaycan ictimaiyyətinin 80%-dən çoxunun İsraili dost ölkə hesab etdiyini göstərib.

Diplomat 2019-cu ilin noyabrında Azərbaycana səfir təyin olunduğunu və o vaxtdan dünyanın tarixi və geosiyasi əhəmiyyətli hadisələrin - COVİD-19 pandemiyası, İkinci Qarabağ müharibəsi, Rusiya ilə Ukrayna arasında münaqişə, Yaxın Şərqdə gərginliyin artmasının şahidi olduğunu xatırladıb:

“Bütün bu çağırışlara baxmayaraq, İsraillə Azərbaycan arasında əlaqələr daha möhkəm, daha strateji və hissolunan xarakter alıb”.

Corc Dik Azərbaycanın mühüm geosiyasi mövqeyinə toxunub:

“Azərbaycan Rusiya, İran və NATO üzvü Türkiyə ilə həmsərhəd olan yeganə müsəlman ölkəsidir”.

Diplomat müsəlman dünyasında qadınlara səsvermə hüququ verən və əsl demokratiya yaradan ilk müsəlman ölkəsi olan Azərbaycanın şanlı tarixini də diqqətə çatdırıb.

Səfirin sözlərinə görə, Azərbaycanın uğurları güclü və müdrik liderlər - Prezident İlham Əliyev və Ümummilli Lider Heydər Əliyevlə bağlıdır.

“Bu lierlik sayəsində ölkənin təbii sərvətləri böyük dövlətlərin əlində alətə çevrilməyib. Bakı “yox” demək və müstəqil şəkildə öz gələcəyini müəyyən etmək iqtidarındadır”, - Dik vurğulayıb.

İsrailli diplomat qeyd edib ki, Azərbaycanın strategiyası balanslıdır:

“Azərbaycan hamıya yaxındır, lakin heç kimdən asılı deyil. Bu, firavan, insanların yaxşı həyat səviyyəsi olan dövlətdir”.

Tarix
2025.05.24 / 16:39
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov həmkarı ilə telefonla danışdı

Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video

Azərbaycan və İran arasında mühüm müzakirə

Avropadan Kərimlinin həbsinə reaksiya hamını heyrətləndirdi

Minsk qrupu niyə məhz 1 dekabrda ləğv edildi?

Qeyri-formal məşğul şəxslər belə müəyyən ediləcək - Nazir

Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yaydı

Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya

Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?

Estoniya Bakıda səfirliyini bu tarixdə açacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla